Kəbutər

Abşeron lövhələri Mərdəkan

Axıstan Qalası Qız qalası qədər möhtəşəmdir

Onunla təsadüfən tanış olmuşduq. Özü illər öncəsi redaksiyamıza zəng edərək qoruqçusu olduğu İşıq Qalasından  danışmışdı. Demişdi ki, yan-yörədə tikilən villaların sakinləri qalanın ətrafını zibilliyə döndəriblər. Mədəniyyət Nazirliyində, yerli icra orqanlarında sözünü dinləyən yoxdur. Düşünüb ki, bəlkə bizim yazımız bu tarixi abidəyə münasibəti dəyişə bildi. Getdik 22 metr hündürlüyü olan qalanı dizinə kimi zibilin içində gördük. Yafdımov az qalırdı ağlasın, “Mən bütün ömrümü bu abidələrin qorunmasına həsr etmişəmdeyirdiUşaqlıqdan gözümü açıb gördüyüm qoruduğuma görə fəxr etdiyim bu abidələr indi zibil içərisində itib-batır.” Biz yazdıq və az qala Mərdəkanda belə bir qala olduğunu unutduq. İş problemlər çox olduğundan. Üstəlik Mədəniyyət Nazirliyinin tarixi abidələrin qorunmasına nəzarətlə bağlı məsul işçisi Bakı kəndlərindəki  abidələrin əksəriyyətinin  yerli əhəmiyyətli olduğunu dediBelə abidələr yerli icra orqanları  tərəfindən qorunur sair ilaxır. İcra hakimiyyətlərində isə adətən belə məsələlərə münasibət ciddi qəbul olunmadığından suallarımızı cavablandırmağa vəzifə sahibi tapılmır. Keçmiş olsun. Yafdımovu bir qəzetimizinAbşeron lövhələrilayihəsini reallaşdırmağa başlayanda xatırladıq. Mərdəkana gedib kimdən soruşsaq, tapacağımıza ümidliydik. Özü demişdi ki, Azərbaycanda bu familiyada ikinci bir adam yoxdur. Getdik tapdıq.

Baba Yafdımov

Əsil adı Vidadidir. Amma Mərdəkanda, xüsusən   Qala dibi deyilən ərazidə hamı ona Baba müəllim deyir. Gözünüa açıb Qala dibində, qala kölgəsində  böyüyən Vidadi Baba müəllim olana qədər kənddə-kəsəkdə bu oğlanı səhərdən-axşama qədər qala divarının üstündə, qala içi yollarda var-gəl edən, səliqə yaradan, kəndin hansı bucağından bir qədim yazılı daş tapıldı, götürüb qalanın həyətinə gətirən görüblər. Kənd camaatı bir baxıb ki, Baba müəllimin saç-saqqalı ağarıb. Qalanın kölgəsində böyüyən bu oğlan hər gün qala məscidinin minarəsindən gələn azan səsinə gözlərini açıb. Elə qala divarına bitişik ata yurdu da çox mənzərəli, qədim evləri xatırlatdığından məhşurBir qalanın sirribədii filmini Baba müəllimin həyətində lentə alıblar. Nədənsə, sonralar Baba müəllim həyətindəki hovuzu söküb. İndi filmi görəndən görənə xatırlayır. Həyətindəki nağıla çevrilmiş hovuzu söksə , baxdığı abidələrə münasibəti başqadır. Əlinə süpürgə alıb həyətini-bacasını səliqəyə salır, daşlarına qədər hər gün əl gəzdirir.

Qala

22 metr hündürlüyü olan qalanın tikilmə tarixi 1187-ci ilə aid edilir. Amma uzun müddət qalanın XIV əsrdə inşa edildiyi  güman edilib tarixi mənbələrdə belə qeyd olunub. Lakin Mərdəkan abidələrini öyrənən Əbülfəz Həmişoğlunun Məşədixanım Nemətovanın araşdırmaları qalanın tarixinin daha qədim olduğunu sübut edib. 1853-cü ildə Nikolay sarayının diplomantı Xanukov qaladan apardığı daş kitabə oxunduqdan sonra qalanın Manuçöhrün oğlu Axıstan tərəfindən 1187-ci ildə inşa edildiyini aşkara çıxarılıb. İki metr uzunluğu, bir metr enində olan həmin daş kitabə Sankt-Peterburq Ermitajında saxlanılır görkəmli alim Məşədixanım Nemətova tərəfindən oxunub. Ərəb-kufi əlifbası ilə yazılmış kitabədə hökmdarlığın atributları öz əksini tapıb möhürlənib.

Qalanın giriş hissəsində yeraltı yol var. Baba müəllim deyir ki, həmin yolun  yüz metrə qədər hissəsi 1950-ci illərdə  torpaqdan təmizlənib. Lakin nədənsə  bu yarımçıq qalıb. Yeraltı yolun  təmizlənməsində fəhlə kimi çalışan  kənd adamlarının dediyinə görə, tunelin hündürlüyü üç metrə yaxındır. Əbülfəz Qarayev nazir təyin ediləndən, yerli abidələrə xüsusi diqqət göstərildiyini söyləyən Baba müəllim yeraltı yolun təmizlənməsi məsələsini qaldırdığını Mədəniyyət Nazirliyinin buna razılıq verdiyini dedi. Hələki yeraltı yolun girişi-daş quyunun ağzı dəmir barmaqlıqlarla qapadılıb. Qalanın içərisində qalanın kəndin planı cızılmış daha bir daş saxlanılır. Daşın üzərində  qalanın içərisindən qonşu qalalara aparan həmin quyudan başlanan yolun, eyni zamanda qədim Mərdəkanın planı cızılıb. Yeraltı yolun Aşağı Qala Şağan Qalasına uzandığı güman edilir. Ümumiyyətlə, yeraltı yolların olması Bakı qalalarının xarakterik xüsusiyyətlərindəndir. Ən əvvəl müdafiə istehkamı kimi inşa edilən qalalar, həm əhalinin təhlükəsizliyini təmin etməkdən ötrü düşünüldüyündən belə yollar adətən bir nöqtədə birləşib Xəzərin sahillərindəki qayalıqlarda tamamlanır. Hələ ki, bu ağızdan-ağıza keçərək bu günə gəlib çatmış fərziyyələrdir. Amma Baba müəllim buna şübhə etmir. Daş üzərindəki planla tanış olduqda, tikilinin Qoruqçu Qalası kimi inşa edildiyi fikrinə gəlirsən. Bunu qalanın belə hündür tikilməsi sübut edir. Kəndin ən hündür nöqtəsində inşa edilmiş qalanın bürcündən diqqətlə baxanda Bakı-Xaçmaz yolunun üstündəki Beşbarmaq dağı, dəniz boyu baxanda isə Artyom adası görünür. Qalanın inşasından sonra keşikçi ordu hissələrinin ailələri bu ətrafda məskən salmağa başlayıb beləliklə , Mərdəkan kəndinin əsası qoyulub.

Qala bürclərinə qalxmaq üçün üç yol var. Həddindən artıq dar dik, bir qədər qorxulu olan bu yollar ilk baxışda o qədər diqqəti cəlb etmir. Lakin burma, daş pillələri qalxdıqca onların məqsədlə  belə dar dik çapılmasını anlayırsan. Döyüş vaxtı düşmən qalaya soxulsa belə, tək bir əsgərlə yolları qorumaq mümkündür. Qala bürcünə aparan yolların hamısının sonu otaqlara aparıb çıxarır. Altı otağın hamısı tağvari tikilib. Bu da düşünülmüş şəkildə edilib. Karbohidrogen yataqları ilə zəngin olan Abşeron torpağı zəlzələyə meyilli olduğundan  həmin dövrdə yaşayış evləri bu memarlıq üsulu ilə inşa edilib. Bu da yeraltı təkanlara davamlılığı artırmaqdan ötrüdür. Yerli sal daşlardan istifadə edilən qalada keçi tükü qatılmış möhkəmliyi ilə o dövrün  tikinti materialları arasında  birinci olan Balaxanı gilindən istifadə edilib. Otaqlardan həm qadın uşaqların qorunması, həm yaralı döyüşçülərə ilk tibbi yardımın göstərilməsində istifadə edilib.

Qalanın həyətində 1991-92-ci illərə qədər 38 quyu olub. Həmin illərdə qalada təmir - bərpa işləri başlanıb qala həyətində yeni quyuların  aşkarlanması nəticəsində onların sayı 100-ə çatıb. Amma bu quyuların hələ hamısı deyil. Çünki, 1992-ci ildə bərpa işləri dayandırılıb hər şey yarımçıq qalıb. Ehtimallara görə, həmin quyular ərzaq anbarlarını əvəz edirmiş. Həm kəndin ərzaq ehtiyatı bu quyularda saxlanılıb. Üstəlik quyular sal qayalarda  ovulduğundan ərzaq ehtiyatını uzun müddət - bir neçə il  xarab olmaqdan qoruyurmuş.

Yeni Azərbaycan.-2007.-23 may.-S.8.