Qocayeva A.
Mədəniyyətimizin intibah
dövrü
Mədəniyyət
və incəsənət xalqları, millətləri yaxınlaşdıran,
onların bir-birini sözsüz başa
düşməsinə yardımçı olan əvəzsiz
ünsiyyət vasitəsidir. Azərbaycan mədəniyyəti
və incəsənəti öz qədimliyinə,
zənginliyinə və milli köklərimizlə sıx
bağlılığına görə diqqəti cəlb
edir. Xüsusilə, XX əsrdə ölkə
mədəniyyəti özünün intibah dövrünə
qədəm qoyaraq dünya arenasına
çıxmışdır. Mədəniyyət və incəsənətimizin
bugünkü səviyyəyə gəlib çatmasında,
dünya xalqları tərəfindən tanınaraq
sevilməsində onun himayədarı, qayğıkeşi,
görkəmli dövlət xadimi Heydər Əliyevin
xidmətləri olduqca böyükdür. Heydər Əliyev
bir sıra görüşlərdə, mərasimlərdə
daim bu fikri qürurla vurğulayırdı: "Bizim
gözəl incəsənətimiz, mədəniyyətimiz,
bənzərsiz xalq musiqimiz və ondan
bəhrələnən, onun əsasında yaranan müasir,
peşəkar musiqimiz var."
Bir dövlət başçısı kimi Heydər Əliyev daim sənətkara qayğı göstərir, istedadları tapıb üzə çıxarır, onları dəstəkləyir, yeni yaradıcılıq uğurlarına ruhlandırırdı. Respublikamızda ilk dəfə olaraq məktəbyaşlı uşaqlar arasında böyük istedadın cücərtilərini aşkar edərək onların ən istedadlılarını fərqləndirmək üçün "Qırmızı kitab" açdırdı və ora adı düşən hər kəsə Prezident təqaüdü təyin etdi. Bu şərəfli təqaüdə layiq görülən neçə-neçə yeniyetmə hazırda mədəniyyət və incəsənətin müxtəlif sahələrində çalışaraq böyük uğurlar qazanırlar.
Ulu öndərin incəsənət xadimləri ilə hər bir görüşü əlamətdar, tarixi hadisəyə çevrilirdi.
Ziyalılara və incəsənət xadimlərinə Prezident təqaüdləri verilməsi,
Vətənin ən yüksək fəxri adları, orden və medalları və digər mükafatları ilə təltif edilməsi, yaradıcılıq və xatirə
gecələrinin dövlət
səviyyəsində qeyd
olunması üçün
sərəncamlar imzalaması
bu sahənin adamlarını yeni-yeni yaradıcılıq uğurlarına
səsləyirdi. Heydər
Əliyev mədəniyyət
və incəsənət
sahəsində hədsiz
zövqə, yüksək
intellektual səviyyəyə
və incə duyuma malik hərtərəfli
şəxsiyyət idi.
Bütün sahələrdə
olduğu kimi, sənət adamları ilə də onların öz ampulasında yüksək
səviyyəli sənətşünas
kimi danışmağı
sevirdi. Heydər Əliyevin fitri istedadına hər kəs, o cümlədən
sənət adamları heyran qalırdılar. Mədəniyyətin, incəsənətin inkişafı, onun təbliği və
tanınması sahəsində yorulmadan
çalışan, imzaladığı qərar, fərman və
sərəncamlarla ona təkan verən ulu
öndər deyirdi ki, mənim
ən
çox rahatlıq tapdığım yer teatrdır.
Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə ölkə ərazisindəki bir sıra tarixi-memarlıq abidələrimiz bərpa olunmuş, M.P. Vaqifin, H.Cavidin məqbərələri inşa edilmiş, İ.Nəsiminin, C.Cabbarlının və digərlərinin heykəlləri ucaldılmış, büstləri qoyulmuş, yaşadıqları binaların önündə barelyefləri açılmışdır.
Ümummilli liderimiz "Kitabi-Dədə Qorqud" kimi qədim yazılı abidələrimizin , Füzuli, Nəsimi kimi söz korifeylərimizin yubileylərini dünya miqyasında keçirməklə həm Azərbaycan xalqını, mədəniyyətini bütün Yer üzünə tanıtdırdı, həm də onların xalqımıza, Azərbaycana məxsusluğunun bütün dünyada təsdiqinə nail oldu.
Heydər Əliyevin təşəbbüsü ilə ən yeni avadanlıq və müasir texnika ilə təchiz olunmuş, dünya standartlarına cavab verən bir sıra yeni mədəniyyət ocaqları yaradılmış və yenidən qurulmuşdur. Respublika sarayı, Əl Oyunlan sarayı, "Gülüstan" sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbi, Azərbaycan Dövlət Opera və Balet Teatrı, Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət Filarmoniyası və digər mədəni obyektlər Azərbaycan memarlığının palitrasını zənginləşdirmişlər.
Ulu öndərin mədəniyyətin müxtəlif sahələrinə dair mülahizələri , sənət barədə düşüncələri onun bu sahəyə vurğunluğunu, təəssübkeşliyini, eyni zamanda ədəbiyyatımızın, incəsənətimizin dərin bilicisi, xiridarı və tərənnümçüsü olduğunu əyani şəkildə nümayiş etdirirdi.Yazıçı, şair, rəssam, heykəltəraş, memar, bəstəkar ilə dərin diskusiyalara girən Heydər Əliyevin sənət barədə düşüncələri bir daha sübut edir ki, o, geniş dünyagörüşünə, dərin ensiklopedik biliyə və fenomenal bədii təfəkkürə malik bir şəxsiyyət idi.
Heydər Əliyevin milli-mədəni irsimizin zənginləşməsi istiqamətində gördüyü böyük işlərin bir hissəsi "Heydər Əliyev mədəni irsimizin keşiyində" adlı sanballı iki cildlikdə öz əksini tapmış, tanınmış kinorejissor Vaqif Mustafayev on iki hissəli "Heydər Əliyev" sənədli filminin 8-ci seriyasını çəkmişdir.
Ulu öndərin bu sahədəki fəaliyyətini hazırda onun siyasi varisi, Prezident İlham Əliyev uğurla davam və inkişaf etdirir. Mədəniyyət və incəsənət sahəsində ölkə başçısının imzaladığı fərman və sərəncamlar bunun bariz nümunəsidir. Fəxrlə deyə bilərik ki, keçmiş SSRİ məkanında ilk dəfə olaraq 2006-cı ilin dekabrında "Teatr və teatr fəaliyyəti haqqında" Qanunun ölkəmizdə qəbul edilməsi də bu uğurlu siyasətin ən parlaq təzahürüdür.
Vaxtilə Heydər Əliyev mədəniyyət
.sahəsində əldə
edilən uğurlara işarə edərək demişdir: "Xalqımızın incəsənət,
mədəniyyət sahəsindəki
nailiyyətləri Vətənini,
millətini sevən hər bir azərbaycanlı
üçün iftixar
mənbəyidir. Mən
bununla daim fəxr etmişəm."
İki sahil.- 2007.- 9 may.- S. 13.