Leyla

 

Şamaxıda tapılan 9 arxeoloji abidə qeydiyyata alınacaq

 

Şamaxıda son aylar daha 9 yeni memarlıq və arxeoloji abidə muəyyənləşdirilib. Bunlardan 3-ü tunc dövrünə, 3-ü orta əsrlərə aid kurqanlardır. Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri tərəfindən müəyyənləşdirilən kurqanlar Şamaxıdan 5 kilometr aralıda, Pirsaat çayı yaxınlığında, Bakı-Qazax magistral yolunun kənarındadır. Hazırda bu kurqanların dövlət qeydiyyatına götürülməsi və mühafızəsi məqsədilə lazımi iş aparılır.

Yeni abidələrin rnüəyyənləşdirilməsində rayon icra hakimiyyəti və rayon mədəniyyət və turizm şöbəsinin işçilərinin təmsil olunduqları daşınmaz tarixi və mədəhiyyət abidələrinin yenidən inventarlaşdırılması və onların texniki vəziyyətinin öyrənilməsi üzrə komissiya məqsədyönlü fəaliyyət göstərir. Məhz komissiyanın səyi ilə şəhərin qədim Minaxor (min axur) məhəlləsində, indiki Üzeyir Hacıbəyov küçəsində XIX əsrə aid Qalabazar hamamının inventarlaşdırılıb qeydiyyata alınması məsələsi qaldırılıb.

Komissıya tərəfindən Quşçu kəndi ərazisindəkı Qaraçuxa pirinin (ilkin versıyalara görə dairəvi günbəz formasında olan bu abidənin min illik tanxı vardır), Çaylı, Çağan və Avaxıl kəndləri ərazilərindəki orta

əsrlərə aıd qəbiristanlıqların da bu gün dövlət qeydiyyati və mühafizəsi gündəmə gətirilib.

 

Yaddaş.- 2007.- 17 may.- S. 3.