“Naxçıvan tarixi və abidələri”

 

"Naxçıvan tarixi və abidələri" kitabının təqdimat mərasimi keçirilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Yaqub Mahmudov və digər rəsmi şəxslərin, elm adamlarının iştirak etdiyi tədbirdə çıxış edən V.Talıbov kitabın Naxçıvan tarixinin və abidələrinin öyrənilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. O, Sovetlər Birliyi dövründə Naxçıvanın tarixinə dair cəmi 20 kitabın nəşr edildiyini, 1996-cı ildən ötrü dövr ərzində isə Naxçıvan, onun tarixi, mədəniyyəti, abidələri və təbii sərvətləri barədə 300-dən çox kitabın nəşr olunduğunu, açıqca və bukletlərin hazırlandığını qeyd edib. Kitabın müəllifı, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Yaqub Mahmudov da Naxçıvan tarixinin və mədəniyyətinin tanıdılması istiqamətində görülən işbri yüksək qiymətləndirib. Kitabın ilk nüsxələri Heydər Əliyev Muzeyinə təqdim olunub.

Qeyd edək ki, "Naxçıvan: tarixi və abidələri" kitabı Azərbaycan və ingilis dillərində nəşr edilib və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Regionun tarixi və memarlıq abidələri barədə ensiklopedik nəşr kimi qiymətləndirə biləcək kitab iki hissədən ibarətdir: "Naxçıvan ən qədim zamanlardan muxtariyyət dövrünədək" və "Naxçıvan Muxtar Respublikası 1924-cü ildən bizim günədək"". Nəşrdə Naxçıvanın tarixi və bu günü barədə 20-yə yaxın xəritədən, 260 şəkil və illüstrasiyadan istifadə olunub.

 

Xalq cəbhəsi.- 2007.- 12 may.- S.15.