Şuşada Azərbaycana aid izləri silmək istəyirlər
Nizami Bəhmənov:
“Şəhərdə olan
371 tarixi abidənin əksəriyyəti ermənilər
tərəfindən dağıdılıb”
“Şuşanın baş planı 1750-ci ildə Qarabağ xanı Pənah xan Cavanşirin təşəbbüsü ilə
hazırlanıb. Ermənilərin
bu planı dəyişmək iqtidarı
yoxdur. Çünki bunun üçün Şuşanın 17 qədim
məhəlləsi tamamilə
dağıdılmalıdır”.
APA-nın məlumatına
görə, Dağlıq
Qarabağın azərbaycanlı
icmasının rəhbəri
Nizami Bəhmənov jurnalistlərə bildirib ki, ermənilərin Şuşanın baş planının hazırlanması
haqda yaydıqları informasiya Azərbaycanı
qıcıqlandırmaq məqsədi
daşıyır. O, Ermənistanın
Şuşanı erməniləşdirmək
istiqamətində apardığı
siyasətinin uğursuzluqla
nəticələnəcəyini də deyib: “Şuşada olan 371 tarixi Azərbaycan abidələrinin əksəriyyəti
ermənilər tərəfindən
dağıdılıb. Ermənistan
bununla Şuşada Azərbaycana aid olan izləri silmək istəyir. Ermənilər bilməlidirlər
ki, onlar nə qədər cəhd etsələr də, Şuşanın erməni şəhəri
kimi tarixini süni şəkildə qədimləşdirə bilməyəcəklər”.
N.Bəhmənov Dağlıq
Qarabağ münaqişəsinin
həlli istiqamətində
aparılan danışıqlar
prosesinə də münasibət bildirib: “Azərbaycan prezidentinin danışıqlarla bağlı
çıxışı bizdə
nikbinlik yaradıb. Hesab edirik ki,
Ermənistan rəhbərliyinin
bəyanatları cəfəngiyatdır.
Bu bəyanatlar daha çox Ermənistanın daxili siyasətinə hesablanıb”.
N.Bəhmənov diaspor
təşkilatlarını aktiv şəkildə Azərbaycan dövlətinin
bu istiqamətdə apardığı siyasətə
dəstək verməyə
çağırıb.
Müsavat.-2007.-9 may.-S.3.