Tamilla

 

Analoqu olmayan kurqan

 

Abidə tunc dövrünə, b.e.ə. III minilliyə aid edilir

 

Son zamanlar Goranboy rayonunun Səfikürd kəndi ətrafında geniş çöl-tədqiqat işləri aparılıb. Bu işlərin nəticəsində isə rayon üçün ilk dəfə olaraq eneolit dövrünə aid yaşayış məskəni aşkar edilib. Həmin yaşayış məskənində aparılan kəşfiyyat xarakterli qazıntı nəticəsində abidənin e.ə. V minilliyə aid olduğu müəyyən edilib. AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun arxeoloqu Müzəffər Hüseynovun sözlərinə görə, burada eyni zamanda çoxlu saxsı məmulatlar da aşkar olunub. Bundan əlavə, kənd ətrafinda son tunc-ilk dəmir dövrünə aid iki torpaq qəbir tapılıb qazınti nəticəsində qəbirlərdən gil qablar, müxtəlif materiallardan, tuncdan bəzək əşyaları - muncuqlar, qolbaq sırğalar aşkar edilib. Ekspedısiyanın əsas uğurlarından biri Səfikurd kəndi yaxınlığında onun cənub-şərq tərəfindən ilk tunc dövrünə, b.e.ə. III minilliyə aid kurqan abidəsinin aşkar edilərək qazılması olub.

Arxeoloq Müzəffər Hüseynov onu da bildirdi ki, kurqanın diametri 16 metr, hündürlüyü 2,8 metrdir. Kurqan hündürlüyü 18-20 metr olan uzunsov-oval formalı təpənin üzərində qurulub. Qazıntı zamanı kurqan örtüyündə son tunc dövrünə aid bir qəbir abidəsi aşkar edilərək qazılıb. Kurqan örtüyündən aşkar olmuş sallama qəbir 2x1 metr ölçüdə olub, 110 sm dərinlikdə dəfn edilib.

Qəbirdə müxtəlif forma ölçüdə 5 ədəd saxsı qab, əqiqdən hazırlanan 72 ədəd muncuq, 1ədəd tunc iynə, 3 ədəd kəsici alət aşkar edilib. Əsas kurqanaltı oəbir çox maraqlıdır.

Arxeoloq M.Hüseynov onu da bildirdi , bu qəbir kamerasının divarları iri ölçülü əhəng daşlarından tikilib. Kurqanaltı kamera isə sərdabə tiplidir. Sərdabənin divarlarının hündürlüyü 145 sm-dir. Bu hündürlüyü həm sərdabənin hündürlüyü kimi vermək olar.

Sərdabənin divarları isə çox yaxşı qalıb. Enli inşa edilmiş divarların şimal tərəfdə eni 1 metr 10 sm, cənub qərb tərəfdə isə 1 metr 60 sm-dir. Sərdabənin içəridən ölçüsü şərq-qərb istiqamətində 3 metr 70 sm, şimal-cənub istiqamətində 3 metr 40 sm-dir. Sərdabəyə giriş isə şərqdəndir. Girişin eni 1 metr 40 sm, giriş dəhlizinin uzunluğu isə 4 metr 30 sm-dir. Giriş dəhlizinin kənarındakı divarlar da əhəng daşından tikilib. Girişdə 1 metr 70 sm plan sərdabənin ağzı 60-65 sm ölçüdə, qalınlığı 8 sm olan əhəng daşı ilə örtülüb. Divarların ətrafi isə iki cərgə çay daşları ilə bərkıdilib.

Sərdabədə 19 insan skeleti aşkar olunub

Sərdabənin içərisində onun 4 küncündə diametrləri 25x27 sm, dərinlikləri 45-50 sm olan dirək yerləri aşkar edilib. Dirək yerlərinin içərisindən aşkar olunan kiçik orta ölçülü çaydaşlarına əsasən gənc arxeoloq Müzəffər Hüseynov onu da ehtimal edir ki, bu dirəklərin ətrafı çay daşları ilə möhkəmləndirilib. Kameranın üst hissəsi ağac tirlərlə örtülüb. Bunu qazıntı zamanı sərdabənin içərisində yanıb kömür olan ağac qalıqları da sübut edir. Bəzi agac qalıqlarının diametri 30 sm-ə, uzunlugu isə 1 metrə qədər qalıb.

Sərdabənin üstü ağacla döşəndikdən sonra kameranın üzəri iri qaya daşları ilə təpə formasında qurulub. Sərdabənin döşəməsi gillə suyandıqdan sonra içərisi tamamilə münasib qaya daşları ilə döşənib. Skelet bütün arxeploji materiallar bundan sonra səliqə ilə sərdabəyə qoyulub. Sərdabə tipli bu qəbirdə 19 insan skeleti, 23 saxsı qab, 213 muncuq, 10 ədəd iy başlığı aşkar edilib. İy başlığının 9-ü sümükdən, biri isə daşdan hazırlanıb. Daşdan hazırlanan iy başlığı çox ustalıqla hazırlanıb, üzəri üçbucaq formalı naxışlarla bəzədilib. 10 ədəd iy başlığının bir qəbirdə aşkar edilməsi faktı ilk tunc dövrü üçün nadir hadisə hesab edilə bilər. Sərdabədən aşkar olunan skeletlər sağ sol yanı üstə, yarıbükülü, baş tərəfı divara söykənmiş vəziyyətdə qoyulub.

Torpaq qəbirlər aşkar edilib

Goranboyun Səfikürd kəndində tədqiqatlar aparan Müzəffər Hüseynov sonda onu da bildirdi ki, tədqiqatlar zamanı ilk tunc dövrünə aid kurqanlardan 150-200 metr şimal-şərqdə. son tunc-ilk dəmir dövrünə aid torpaq qəbir aşkar edilib. Qəbır 80 sm dərinlikdə yerləşməklə şərq-qərb iştiqamətində uzunluğu 2 metr, eni 1 metr yarımdır. Qəbirdən sol yanı üstə qoyulmuş skeletin ətrafinda isə 3 saxsı qab, 48 ədəd əqiq muncuq, 1 ədəd tunc muncuq, 1 ədəd tunq qolbaq, 1 ədəd tunc sırğa, 2 ədəd dəvəgözü kəsici alət askar edilib.

Digər torpaq qəbir Səfikürdün şimal-şərq_tərəfındən aşkar edilib. 2 metr 5 sm dərinlikdə aşkar edilən torpaq qəbir kamerası 160x90 sm ölçüdədk. Qəbirdən yarımbükülü vəziyyətdə sağ yanı ustə qoyulan skeletın ətrafindan 3 ədəd saxsı qab, 12 ədəd muncuq, 2 ədəd kəsici alət aşkar edilib. Goranboy rayonu ərazisində, xüsusən Səfikürd kəndi ətrafinda aparılan apxeoloji qazıntılar zamanı eneolit, ilk tunc, son tunc- ilk dəmir dövrü mədəniyyətlərinin öyrənilməsi baxımından xeyli nailiyyətlər əldə edilib. Tezliklə nəzərdə tutulan tədqiqatlara vəsait ayrılan kimi Səfikürd kəndində rayonun digər istiqamətlərində yeni kəşfiyyat ışləri başlanacaq.

 

Yaddaş.- 2007.- 17 may.- S. 7.