Tarixi abidələrimizin siyahısı yenidən hazırlanır
Azərbaycan ərazisində yerləşən
tarixi abidələrin
siyahısı yenidən
hazırlanacaq. Azərbaycan Milli
Elmlər Akademiyasının
Etnoqrafiya və Arxeologiya İnstitutundan verilən məlumata görə, prezidentin abidələrin siyahısının
yenidən hazırlanması
ilə bağlı xüsusi göstərişi
var. İnstitut yeni siyahını Mədəniyyət və
Turizm Nazirliyi ilə birgə tərtib edəcək.
Məlumat üçün
bildirək ki, bu vaxta qədər
arxeoloqlarımız tərəfindən
respublika ərazisində
6000-dən artıq qədim tarixi abidə aşkarlanıb.
İşğal
olunmuş ərazilərdəki
tarixi abidələrin
vəziyyətinə gəldikdə
isə öyrəndik
ki, bununla bağlı Avropa Şurası Parlament Assambleyasında məruzə
hazırlanacaq. "Avropa Şurası Parlament Assambleyası Cənubi Qafqazda tarixi və mədəni abidələrin
vəziyyəti ilə
ciddi maraqlanır"
- deyən millət vəkili, AŞ PA-dakı
Azərbaycan nümayəndə
heyətinin üzvü
Qənirə Paşayeva
bildirib ki, bu məqsədlə Oharra adlı şəxs qurumun məruzəçisi təyin
edilib: "Azərbaycanın
AŞ PA-dakı nümayəndə
heyəti işğal
edilmiş ərazilərimizdə
törədilmiş yanğınlarla
bağlı dəfələrlə
məsələ qaldırıb.
Hətta müvafiq sənədlər təqdim
edilib. Buna baxmayaraq, bu istiqamətdə fəaliyyətimizi
daim davam etdirməliyik. İnanıram
ki, məruzəçi
istər Ermənistan ərazisindəki Azərbaycan
abidələrinin, istərsə
də işğal olunmuş torpaqlardakı tarixi və mədəni abidələrin
vəziyyəti barədə
obyektiv məruzə hazırlayacaq. Məruzəyə
qurum tərəfindən
də obyektiv qiymət veriləcək".
Kaspi.-2007.-17 may.-S.17.