Kamal M.
Turizmin inkişafına layiqli
töhfələr verək
Respublikamızın
əldə etdiyi sosial-iqtisadi nəticələri təhlil
edən beynəlxalq ekspertlər digər sahələrlə
yanaşı, turizmin inkişafı üçün də
böyük potensial imkanların olduğunu xüsusi
vurğulayırlar. Belə ki, olduqca əlverişli coğrafi
ərazidə yerləşən Azərbaycan təbii
sərvətlərlə zəngin ölkədir. Onun
füsunkar təbiəti, mineral bulaqları, çoxsaylı
istirahət guşələri, tarix və mədəniyyət
abidələri hər zaman turistləri özünə
cəlb edibdir. Bütün bunları nəzərə alıb
bu sahəyə investisiyalar yönəltməklə turizm sektorunda
xidmət səviyyəsini beynəlxalq standartlara
çatdırmaq mümkündür. Ölkəyə
əlavə dividendlər
gətirən turizmin inkişafı dövlət
siyasətinin prioritet istiqamətlərindən biridir.
Əsası ümummilli
liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş, bu gün uğurla davam etdirilən bu sahə möhtərəm
Prezidentimiz İlham Əliyevin imzaladığı
sərəncam və fərmanlar turizmin inkişafının yeni mərhələyə daxil
olmasına imkan verib. Dövlət tərəfindən bütövlükdə turizmin
inkişafına xidmət edən qlobal layihələrin
həyata keçirilməsi nəzərdə tutulubdur ki,
aparılan məqsədyönlü tədbirlər də
artıq öz nəticəsini verməkdədir. Mövcud vəziyyəti
təqdirəlayiq hal kimi dəyərləndirən "Gilan"
Turizm Şirkətinin baş meneceri Həsən Əliyev bu
yüksəlişlə ölkəmizdə turizm sektorunun
perspektivli gələcəyinə inamını ifadə etdi.
Şirkətin builki mövsümə xüsusi hazırlıq
gördüyünü, xidmət səviyyəsinin
yüksəldilməsi istiqamətində yeniliklərin tətbiq olunacağını dedi.
"Gilan" turizm ölkə başçısının imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını rəhbər tutaraq özünün fəaliyyət istiqamətini müəyyənləşdiribdir. Şirkətimizin daxil olduğu "Gilan" Holdinq regionların iqtisadi inkişafının yüksəldilməsində fəal iştirak edir. Hazırda bir sıra sahələrdə əlverişli və səmərəli investisiyalar qoymağa nail olmuşdur. Bu ildən turizm sektoruna layiqli töhfələr vermək niyyətindədir. Bunun üçün şirkətimizin maddi-texniki bazası möhkəmləndirilmiş, təcrübəli kadrlardan ibarət kollektiv formalaşdırılmışdır. İşimizi beynəlxalq təcrübəyə əsaslanan prinsiplər əsasında qurmuşuq. Ölkəmizə gələn turistlərə ən yüksək səviyyədə xidmət təşkil ediləcəkdir. Onu da əlavə etmək lazımdır ki, son dövrlər regionda lider dövlətə çevrilən Azərbaycana maraq artmışdır. Eyni zamanda bir-birinin ardınca reallaşan beynəlxalq layihələrin sayəsində nüfuzlu şirkətlərin ölkəmizə gəlməsini təmin edir.
Bu şirkətlərdə çalışan əcnəbi vətəndaşlar da respublikamızı daha yaxşı tanımaq istəyirlər. Asudə vaxtlarında səyahətə çıxmaq onların arzusudur. Bu mənada onları da turist saymaq mümkündür. Deməli, daxili turizmin inkişafı həyati zərurətdən irəli gəlir. "Gilan" turizm bütün maraqları əhatə edən xidmət təklif edir. Qəbələdə, Şamaxıda, İsmayıllıda, Xaçmazda üç və beş ıılduzlu otel, kotteclərimiz turistlərin xidmətindədir. Gələcəkdə digər bölgələrdə, o cümlədən cənub bölgəsində bu qəbildən istirahət kompleksləri istifadəyə veriləcəkdir. Şirkət turistləri yalnız yüksək səviyyəli komplekslərdə yerləşdirməklə kifayətlənməyərək onların mənalı istirahətini təmin edən bütün tədbirləri həyata keçirəcəkdir. Məqsəd bütövlükdə turizmin inkişafına dəstək vermək, ölkəmizə turistlərin axınına nail olmaqdır. Bu məqsədə çatmaq üçün şirkət qarşılıqlı əməkdaşlığa üstünlük verir, "Gilan" turizmin həyata keçirəcəyi geniş layihələrdə müxtəlif şəhərlərə, bölgələrə səyahətlərlə yanaşı, həftə sonu ekskursiyaların təşkili də nəzərdə tutulubdur. Aparılan təhlillərdən aydın olub ki, məhz həftə sonu gəzintilərə turistlər daha çox üstünlük verirlər. Yaxın bölgələrə qısamüddətli, nisbətən uzaqlara bir neçə günlük səfərlər vaxt baxımından çox adama sərfəlidir. Özünün yüksək keyfiyyətli xidməti ilə gəncləri, tələbələri, burada çalışan əcnəbi iş adamlarını bu səfərlərə cəlb etmək üçün şirkət əlavə tədbirlər görür. Şirkətin mövsümə təqdim etdiyi xidmətlərin həcmi və çeşidi çoxdur. Qiymətlərin xidmət səviyyəsindən asılı olaraq münasib olması xüsusilə nəzərə alınıbdır. Gələcəkdə müxtəlif istiqamətlər üzrə yol kənarlarında turistlərin mənalı istirahətini təmin edən digər tədbirlər təşkil olunacaqdır. Səfərə çıxan turistlər həm asudə vaxtlarını səmərəli keçirməli, həm də Azərbaycan, onun tarixi keçmişi haqqında daha çox bilgi əldə etməlidirlər. Şirkətin əhatə dairəsinin genişləndirilməsi üçün bütün bölgələrdə agentliklərin açılması, reklam və təbliğatın artırılması perspektivdə duran məsələdir. Turizm sektorunda inkişafla paralel olaraq şirkətin fəaliyyəti daha da təkmilləşəcəkdir. "Gilan" turizmin qarşıya qoyduğu məqsəd, fəaliyyət istiqamətləri uğurlu başlanğıcdan xəbər verir.
Bir məsələni də unutmaq olmaz ki, bütün sahələrdə uğurun əsasını mütəxəssis amili həll edir. Artıq bu vacib sahə üçün ixtisaslı kadrların hazırlanması həyata keçirilməkdədir.
Ümummilli liderimiz Heydər Əliyevin hələ Naxçıvan MR Ali Məclisinin sədri olarkən bir qrup gəncin bu ixtisasa yiyələnməsi
üçün Türkiyəyə
oxumağa göndərməsi
onun uzaqgörənliyindən
irəli gəlirdi. İndi həmin gənclər bu sahədə özlərinin
bacarıqlarını
nümayiş etdirirlər.
"Gilan" turizmin baş meneceri Həsən müəllim də həmin gənclərdən
biridir. İnanırıq
ki, şirkət turizmin inkişafına bundan sonra da
layiqli töhfələr
verəcəyini bu mövsümdə əldə
edəcəyi nailiyyətlərlə
sübut edəcəkdir.
Respublika.- 2007. -23 may.- S. 6.