Anar Əliyevin fərdi sərgisi Xarkovun mədəni həyatında hadisəyə çevrilib

 

Xarkov İncəsənət Muzeyinin sərgi salonlarında istedadlı həmvətənimiz, rəssam Anar Əliyevin fərdi sərgisi böyük uğurla keçir. Sərgi Respublika gününə həsr olunub. Təşkilatçılardan biri Xarkovdakı "Dostluq" Azərbaycan-Ukrayna dostluğu cəmiyyətidir. Anar Əliyevin yaradıcılığında Azərbaycan rəssamlıq məktəbi ənənələri, orta əsrlər miniatür sənəti və müasir cərəyanların təsiri vəhdət təşkil edir. Onun Ukraynada çəkdiyi mənzərə tablolarında natürmortlarda Vətən sevgisi duyulur. Dərin məzmun, parlaq rənglər, plastik formanın vəhdət şəklində ümumiləşdirilməsinə lakonikliyinə çalışmaq A.Əliyevə xas keyfiyyətlərdir və ona Azərbaycanın və Ukraynanın hüdudlarından uzaqlarda şöhrət qazandırıb.

Sərginin açılışında "Dostluq" cəmiyyətinin musiqi kollektivi nümayəndələrinin ifasında Azərbaycan mahnıları səslənib.

 

Palitra.- 2007.- 9 may.- S. 15.