Leyla Əliyeva:  “Gənclər birlikdə olmalı və əməkdaşlıq etməlidirlər”

 

Moskvada Rusiyadakı Azərbaycan gənclərinin birinci regionlararası forumu başa çatmışdır. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin başçısı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı Azərbaycan klubunun prezidenti Leyla Əliyeva AzərTAc-ın müxbirinə məxsusi müsahibəsində forumun yekunlarını şərh edərək demişdir ki, tədbir olduqca uğurlu keçmişdir. Görüşdə kifayət qədər çox aktual məsələlər, yaxşı ideya maraqlı planlar müzakirə olunmuşdur. Gənclərimizin ruh yüksəkliyi, qətiyyəti müsbət əhval-ruhiyyəsi xoşuma gəlir, onlar öz vəzifələrini tamamilə düzgün anlayır, tamamilə düzgün ideyalar irəli sürürlər. Ən başlıcası isə, onlar başa düşürlər ki, biz birlikdə olmalı əməkdaşlıq etməliyik.
Leyla Əliyeva demişdir ki, öncül vəzifə Rusiyada Azərbaycanı, onun mədəniyyətini, incəsənətini, idmanını, habelə xalqımızın xeyirxahlığını, nəcibliyini mehribanlığını layiqincə təmsil etməkdir. Bunu ona görə etmək lazımdır ki, bu ölkədə həqiqi Azərbaycanı tanıya bilsinlər.
L.Əliyeva xüsusi vurğulamışdır ki, Rusiyanın müxtəlif bölgələrindən gənclərin qoşulması, habelə Rusiya Azərbaycanlı Gənclər Əlaqələndirmə Şurasının səmərəli fəaliyyəti sayəsində forum uğurla keçmişdir. Əminəm ki, bu yalnız başlanğıcdır. Biz daha çox tədbir keçirəcəyik bu, olduqca vacibdir.
L.Əliyeva bütün gənclər təşkilatlarının birləşməsi ideyası ilə bağlı suala cavabında demişdir: “Belə ideya var, lakin əsas məsələ qurumun adında, əməkdaşlıq formasında deyil, onun əlaqələndirmə fəaliyyətində hər bir azərbaycanlı gəncin qəlbinin səsindədir. Zənnimcə, onların hadisələrə münasibəti düzgündür. Təşkilatın adının, onların sayının heç bir əhəmiyyəti yoxdur. Əsası odur ki, əməkdaşlıq etsinlər əlbir çalışsınlar”.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin planlarından danışan Leyla Əliyeva bildirmişdir ki, ilk növbədə, Azərbaycanın reallıqlarını geniş təbliğ etmək, mədəni ictimai zəmində səmərəli fəaliyyət göstərmək vacibdir. L.Əliyeva sonda demişdir: “Bizim olduqca zəngin qədim mədəniyyətimiz, tariximiz var, lakin bunu heç hamı bilmir. Daha çox tədbir keçirmək diqqəti bu tədbirlərə cəlb etmək lazımdır. Fondun fəaliyyəti həm xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına yönəldilmişdir. Tələbə mübadiləsinə dair planlar var. Yəni Rusiya tələbələrinin Azərbaycana müntəzəm səfərlərini təşkil etmək lazımdır ki, onlar ölkəmizin hazırda necə olduğunu öz gözləri ilə görsünlər əyani şəkildə yəqin etsinlər ki, Azərbaycan olduqca güclü, müasir dövlət çox gözəl diyardır”.

Xalq qəzeti.- 2007.- 15 may.- S. 2.