Rəşad

Tələbələrin sərgisinə maraq böyük olub

 

Mayın 24- Türkiyənin ölkəmizdəki səfirliyində Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin rəsm əsərlərindən ibarət sərgi davam etdi. Həmin sərgidə türk Azərbaycan tələbələrinin rəsm əsərləri nümayiş olunur. Ötən gün sərgiyə gələnlərin əksəriyyəti orta məktəb şagirdləriydi. Bakı-Türk İlköyrətim Okulunun 30-dan artıq şagirdi sərgi iştirakçıları arasında rəsm əsərlərinə daha çox maraq göstərirdi. İlköyrətim okulunun 4-cü sinif şagirdi Məhmət Özdəmirin sözlərinə görə, bu sərgidə onun daha çox xoşuna gələn Atatürkün portretidir. Qeyd edək ki, bu portretin müəllifi Rəssamlıq Akademiyasının II kurs tələbəsi Dəniz Tuncyürəkdir. Dördüncü sinif şagirdi sərgi haqda fikirlərini bizimlə bölüşdü: "Sərgidə nümayiş olunan rəsm əsərlərinin hamısı çox gözəldir. Belədə onların içərisində ən gözəlini seçmək çətin olur. Buna baxmayaraq şəkillərin arasında mənim diqqətimi ən çox cəlb edən Atatürkün portretidir. Mən şəkil çəkməyi xoşlyıram. Böyüyəndə rəssam olmaq istəyirəm". Bundan başqa, Türk Anadolu Litseyinin şagirdləri tamaşaçılar arasında idi. Ötən günkü sərgi uşaqlarla bərabər böyüklərin marağına səbəb olmuşdu. Hamı sərgidə rəsm əsərlərinin bu qədər orijinal gözəl çəkilməsinə heyran qalmışdı. Sonda onu da qeyd edək ki, dünən günboyu sərgiyə tamaşa etmək üçün gəlib-gedənlərin ardı-arası kəsilmirdi.

 

Xalq cəbhəsi.-2007.-25 may.-S.13.