Turanə

 

Hafiz Zeynalovun xatirə sərgisi

 

Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə dünən Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda əməkdar incəsənət xadimi Hafiz Zeynalovun 80 illik yubileyi ilə bağlı xatirə sərgisi keçirilib. "Bir günüm də fırçasız olmasın" adı altında keçirilən tədbirdə Bəstəkarlar İttifaqının katibi Fərhad Xəlilov giriş sözü ilə çıxış edərək rəssamın yaradıcılığından söhbət açıb. F.Xəlilov rəssamın hər zaman əsərlərində milliliyi önə çəkdiyini vurğulayıb. Müxtəlif janrlı əsərlərin müəllifi olan rəssamın sərgidə 70-dən artıq əl işi nümayiş olunub.

Tədbirdə yaradıcılıq dostları incəsənət xadimləri Hafiz Zeynalovun insani keyfiyyətlərindən onunla bağlı xatirələrindən söhbət açıblar.

 

Yeni Azərbaycan.- 2007.- 24 may.- S. 8.