Ayna-2007 II beynəlxalq foto yaradıcılığı
festivalı iştirakçılarının
bir qrupu AzərTAc-da olmuşdur
Bakıda
keçirilən "Ayna-2007" II beynəlxalq foto yaradıcılığı festivalının
Kanadadan, Serbiyadan, Sloveniyadan və Gürcüstandan olan iştirakçıları mayın
22-də Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da olmuşlar.
AzərTAc-ın Baş
direktoru Aslan Aslanov agentliyin tarixi, müstəqillik illərində onun inkişafı, regional və beynəlxalq əlaqələri, dünya
informasiya məkanına
daha sıx inteqrasiyası üçün
görülmüş işlər
və qarşıda duran vəzifələr barədə qonaqlara ətraflı məlumat verdi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın
Qərbə inteqrasiyası
sahəsində əvəzolunmaz
xidmətlərini xatırladan
A.Aslanov ölkəmizin
dünya birliyi ilə iqtisadi, siyasi, mədəni əlaqələrinin sürətlə
inkişaf etdiyini, bu məsələyə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi önəm verdiyini vurğuladı, həmin inkişafın
dövlətimizin aparıcı informasiya
agentliyinin fəaliyyətində
də özünü
göstərdiyini faktlarla
diqqətə çatdırdı.
AzərTAc ilə qabaqcıl ölkələrin
informasiya agentlikləri
arasında əlaqələrə
toxunan Baş direktor vaxtilə Azərbaycanın informasiya
blokadasından çıxmasında
görülən işləri
yada saldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
səbəbləri və
nəticələri barədə ətraflı məlumat verdi, bu problemin
aradan qaldırılmasında
respublikamızın ədalətli
mövqeyinin dünya dövlətləri və
beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini
diqqətə çatdırdı.
Görüşdə demokratik
cəmiyyət quruculuğu,
həmçinin Avropaya
inteqrasiya yolunu seçmiş Azərbaycanda
"Ayna-2007" beynəlxalq foto yaradıcılığı
festivalının əhəmiyyəti
vurğulandı, kütləvi
informasiya vasitələrinin
əlaqələrinin genişləndirilməsi
ilə bağlı fikir mübadiləsi aparıldı.
Səmimi görüş
üçün təşəkkür
edən tanınmış
serbiyalı fotoqraf Tomislav Peternek 30 il əvvəl Azərbaycanda olduğunu yada
saldı, müstəqillik
illərində Bakıda
gedən quruculuq işlərindən heyranlığını
bildirdi, xalqımızın
qonaqpərvərliyini xüsusi
qeyd etdi, foto yaradıcılığı
festivalının ölkələr
və xalqlar arasında əlaqələrin
inkişafındakı əhəmiyyətindən
danışdı.
O və Sloveniyadan
olan fotoqraf xanım Vesna Çervineç Bakı təəssüratlarını festival barədə fikirlərini çalışdıqları
jurnallarda fotoşəkillərin
müşayiəti ilə
dərc etdirib AzərTAc-a göndərəcəklərini bildirdilər.
Sonra qonaqları maraqlandıran suallara cavab verildi, xatirə şəkli çəkdirildi.
Azərbaycan.-2007.-23 may.-S.4.