İlahə
Əlillərlə bağlı fotosərgi keçirilib
Avropa Əlilliyi olan insanların hüquqlarının
müdafiəsi günü
ilə əlaqədar
olaraq Avropa ölkələrində, eləcə
də Azərbaycanda müxtəlif səpkili tədbirlər keçirilir. Əlil insanlar
cəmiyyətin ən
həssas təbəqəsi
olub, xüsusi qayğı və diqqət tələb edirlər. Azərbaycanda 350 mindən çox
əlil insan var, onların 43 mindən çoxu uşaqlardır.
"Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlar Birliyi və "Müstəqil Həyat" İB Avropa Əlilliyi günü ilə əlaqədar olaraq "Nizami" kinoteatrında "Reallığın
aynası-2" adlı fotosərgi
keçirdi. "İrşad" otelinin təşkilatı dəstəyi ilə baş tutan tədbirə 7 təşkilat- Azərbaycan
Diabet Liqası, Birliyə Doğru İB,
"Müstəqil Həyat
İB, UAFA təşkilatı, "Göy Qurşağı"
reabilitasiya mərkəzi,
"Müşfiq" cəmiyyəti
və "Oriqami"
təşkilatları qatılmışdılar.
Video-sərgi
xüsusi qayğıya
ehtiyacı olan uşaqların cəmiyyətə
inteqrasiyasına həsr
olunaraq cəmiyyətdə
əlilliyi olan insanlara qarşı münasibətin müsbət
istiqamətdə dəyişilməsi
və ictimaiyyətin bu məsələyə diqqətini yönəltmək
məqsədi daşıyır. “Müstəqil Həyat”Mərkəzinin
direktoru Aydın Xəlilovun sözlərinə
görə, tədbirin
keçirilməsinin əsas
məqsədi cəmiyyətin
diqqətini bu problemə çəkmək,
onun həlli yollarını göstərməkdən
ibarətdir.
"Birliyə Doğru" İB-nin direktoru Zərifə Quliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların əsas probleminin ünsiyyət olduğunu dilə gətirdi: "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar cəmiyyətdən
təcrid olunurlar. Bu hal isə
onların inkişafına
mənfi təsir göstərir, onlara mənəvi cəhətdən
əzab verir. Beləliklə, cəmiyyətə
çıxışları olmayan və ünsiyyətdə ola bilməyən insanlar dörd divar arasında qalırlar.
Tədbirdə hər bir təşkilat öz növbəsində
gördükləri işlər
haqqında geniş informasiya verdilər. Tədbirin daha maraqlı keçməsi üçün müsabiqə
elan edildi və auditoriyanın seçimi ilə qaliblər müəyyənləşdi.
Beləliklə, ən
yaxşı şəkil
nominasiyası üzrə
"Göy qurşağı"
reabilitasiya mərkəzi,
ən yaxşı video-çarxa görə
"Müşfiq" Cəmiyyəti
və Diabet Liqası qalib gəldi. Bundan başqa, uşaqlara onların problemlərinə
uyğun "Şrek"
cizgi filmi nümayiş olundu.
Paritet.- 2007.- 8-11 may.- S. 13.