Lalə
Fotohəvəskarların
internet müsabiqəsi başa çatdı
"Mobiloqrafiya"ya 700-dən
çox foto təqdim edilib
"Mobiloqrafiya"
fotohəvəskarların II internet müsabiqəsi başa
çatdı. Azərbaycanın internet məkanında foto
sənəti sahəsində ilk müsabiqə olan "Mobiloqrafiya"
Azerfoto Agentliyi tərəfindən və "Hewlett Packard
(HP)" şirkətinin ölkəmizdəki
nümayəndəliyinin baş sponsorluğu ilə
keçirilib.
Müsabiqənin
məqsədi Azərbaycanda fotoreportyorluq sənətinin
inkişafına təkan vermək, bu sahədə mövcud
təcrübənin genişləndirilməsi, müsabiqə
iştirakçılarının yaradıcı bacarıqlarını
önə çıxarmaq, foto sənəti ifə
məşğul olan həvəskar insanları
stimullaşdırmaqdır.
Fevralın 1-dən
başlayan "Mobiloqrafiya" internet müsabiqəsində
100-ə yaxın internet istifadəçisi-fotohəvəskar
iştirak edib. Təqdim olunan işlərin ümumi sayı
700 fotodan çox olsa da münsiflər heyətinin
rəyinə görə, keyfiyyət və orijinallıq
baxımından cəmi 361 foto müsabiqədə iştirak
hüququ qazanıb. Münsiflər heyətinin qərarına
görə, "Mobiloqrafiya" müsabiqəsinin
qalibləri Aytən Novruzlu (14 yaş), Pərviz
Baxşəliyev, İlqar İlyasov, Ceyhun Nəzərli,
Kənan Məcidov və Ruqiyyə Hacızadə olub. Müsabiqədə
iştirak edən iki xarici vətəndaşın
göndərdiyi foto isə diploma layiq görülüb. Bunlar
Bosniya və Herseqovina vətəndaşları Betul Onal və
Qamzə Camdır.
Qeyd edək ki, 2007-ci il
mayın 1-dən "Mobiloqrafiya"
fotohəvəskarların III internet müsabiqəsi
başlayır.
Üç nöqtə.- 2007.- 2 may.- S. 13.