Moskvada Azərbaycan fotoqraflarının sərgisi

 

Moskva Müasir İncəsənət Muzeyində Azərbaycan fotoqrafiyası sərgisi təşkil edilib. Sərgidə Fərid Xayrullin, Sənan Ələsgərov, Teymur Daimi, Çingiz Babayev, Leyla Axundzadə, Ceyhun Ocaqov, Çingiz Səmədzadə, "Part..." qrupu və digər müəlliflərin işləri nümayiş etdirilir.

Nümayiş etdirilən fotoşəkillərin mövzuları fərqlidir. Burada insan və onun gündəlik qayğıları, eləcə də sosial və siyasi problemlər qaldırılır. Ssrgi Moskvada Azərbaycan Günlərinin proqramı çərçivəsində təşkil edilib.

Azərbaycan fotoqraflarının sərgisi mayın 20-nə qədər açıq olacaq.

 

Ekspress.- 2007.- 12-14 may.- S. 20.