Mövsümova S.

 

"Ayna-2007" və "Hamam"

 

"Abseron" Rəsm Qalereyasında iki sərgi açılıb

 

Ötən şənbə "Abşeron" Rəsm Qalereyasında növbəti foto-sərgi açılıb. Sərginin başlıca təşkilatçısı Gənclər və İdman Nazirliyidir. Gürcüstan, Azərbaycan və Moldova gənclərinin foto-sərgisi "Ayna-2007" İkinci Beynəlxalq Yaradıcı Foto Festivalı çərçivəsində keçirilir.

Gənclər sərgisinə təqdim olunan işlər başlıca olaraq yaradıcı ruhu kompozisiyalarda müxtəlif zövqlü insanlar tərəfindən fərqli ölçülərdə qəbul edilə bilərlər. Əlbəttə, gürcü Tato Kototişvilinin Svanetiya mənzərələrini və uşaqlarını təsvir edən fotoları, azərbaycanlı Emil Xəlilovun dağ təsvirləri, Fərid Şıxəliyevin, Zeynal Zeynalovun Azərbaycanın müxtəli guşələrini əks edən mənzərələri, Nikolay Zaytsevin "Dağların güzgüsü" seriyası hamının xoşuna gələcək. (E. Xəlilov - "Dağlarda yay", 'Tənha zirvə", Z. Həsənxani “Torqovaya küçəsi”, Ş. Asimoğlu "Beşbarmaq ziyarətgahı", Z. Zeynalov "Xınalıq kəndi", F.Şıxəliyevin "Karvansara"). Lakin bir sıra fotolar (Ş.Asimoğlunun 'Tənha oğlan", Z.Həsənxaninin "Bakı-XXI əsrin əvvələrində", N.Hümbətovun 'Təbiətlə üz-üzə", T. Hüseynovanın "İşıq ucu", Kristina Putsutikanın "Deməyə sözüm var", T. Kotetişvilinin "Damlar və uşaqlar" fotokompozisiyaları, Təhminə Əhmədovanın seriyası) tamaşaçını düşündürür, cəmiyyətin və təbiətin taleyi haqqında düşünməyə məcbur edir. Sərginin 14 iştirakçısı sənətsevərlərin mühakiməsinə 59 fotokompozisiyanı təqdim ediblər. Gürcüstan, Azərbaycan və Moldovanın gənc foto-ustalarının sərgisi mayın 23-dək davam edəcək.

Dünənsə qalereyada tanınmış fransız foto-rəssam Eve Morkretin fərdi sərgisi açılıb. E.Morkretin bədii fotoları xüsusi olaraq "Ayna-2007" ikinci beynəlxalq yaradıcı foto-festivalın baş sponsoru "Hewlett Packart" şirkətinin (Azərbaycan nümayəndəliyi) avadanlığında yüksək səviyyədə çap olunub. E.Mokretin fərdi sərgisində 32 foto-kompozisiya nümayiş etdirilir. Onların yarısı "Metamarfozlar", digər yarısı isə "Hamam" seriyasının payına düşür. "Metamarfozlar" seriyasında biz qadın fiqurlarının təbiətdəki digər məxluqlara çevrilməsinin şahidi

oluruq. Hər bir insanı təbiətdəki digər canlılarla müqayisə etmək mümkündür. Gənc qadın göz önündəcə yırtıcı balığa çevrilir və ya digər yırtıcılarla, məsələn vaşaqla assosiasiya olunur. Qadın dinc heyvana, məsələn donuza da çevrilə bilər. Bir model isə özündən çox razıdır. Qadının bel hissəsində biz tovuzquşunun bəzəkli quyruğunu görürük. Bu model isə çox ərincəkdir və uzanmış ilbiz kimi təsvir olunur, Bir zolaqlı model zebraya oxşayır, digər model isə balıq kimi tor içində çırpır. Biz təbiətə-payız xəzanına qovuşan qadını da görürük. Daha bir qadın isə ekoloji fəlakət nəticəsində sahilə atılmış və mazut ləkələri ilə örtülmüş balığa bənzəyir. E.Morkretin "Hamam" seriyasında qadın gözəlliyi tamamilə gözlənilməz bir rakursda tamaşaçılara təqdim olunur. Xanım Morkretin qəhrəmanları rəssam modellərinə bənzəyir, tanınmış fransız rəssamı Delakruanın tablolarını və Bonarın pastel ilə çəkdiyi kompozisiyaları xatırladırlar. Bu fotolar təkcə rəsm əsərləri ilə deyil, fransız lirikası və musiqisi ilə də müqayisə edilə bilər. Fransız foto-rəssamı E.Morkretin mayın 24-nə kimi davam edəcək.

 

Paritet.- 2007.- 22-23 may.- S. 12.