Quliyev Lazım
Ağcabədidə
Heydər Əliyevin abidəsinin açılışı
olmuşdur
Müstəqil
Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər
Əliyevin anadan olmasının 84-cü ildönümü
respublikamızin hər yerində olduğu kimi, Ağcabədi
rayonunda da əsl bayrama çevrilmişdi. Qarabağın bu dilbər guşəsində
ulu öndərə sonsuz hörmət və ehtiram bəslənir. Bu el məhəbbətinin ifadəsi olaraq Ağcabədinin mərkəzi
meydanında Heydər
Əliyevin əzəmətli
abidəsi ucaldılmışdır.
Bu günlərdə abidənin açılışına
həsr olunmuş təntənəli mərasim
keçirilmişdir.
Toplantıda geniş məruzə ilə çıxış edən
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov demişdir ki, müstəqil Azərbaycan
gələcəyə doğru
tərəqqi yolunda əzmlə addımlayır.Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarının
reallığa çevrildiyini
gördükcə, zamanında
ölkəmizin inkişafı
üçün zəmin
hazırlamış ulu
öndərimizin uzaqgörənliyinə
heyran qalırıq. Heydər Əliyev adını ucaldan, onu əbədiləşdirən,
bu adı tarixin səhifələrinə
qızıl hərflərlə
yazan, milyonlarla soydaşımızın qəlbinə
həkk edən ən əsas amil bu adın
Azərbaycan dövlətçiliyi
anlayışının simvoluna
çevrilməsidir. Ulu
öndərimiz tarixi xidmətləri ilə hələ sağlığında
xalqımızın qəlbində
özünə əbədi
bir abidə ucaltmışdır. Açılışına
toplaşdığımız bu möhtəşəm abidə isə Ağcabədi camaatının
xalqımızın qüdrətli
oğluna sonsuz hörmət və ehtiramının ifadəsidir.
Toplantıda Milli Məclisin
üzvləri Tahir Rzayev və Aqil Abbas, şair
Ənvər Əhməd,
Qarabağ müharibəsi
əlili Ramil Nağıyev, YAP rayon təşkilatı sədrinin
müavini Eldəniz Qənbərov, 3 saylı orta məktəbin şagirdi Türkan Dadaşzadə, əməkdar
müəllim Zəhra
İbrahimova çıxış
etmişlər.
Abidə
üzərindən ağ
örtük götürüləndən
sonra rayon rəsmiləri, qonaqlar və ictimaiyyətin nümayəndələri heykəlin
önünə saysız-hesabsız əklillər,
tər qızıl güllər və qərənfillər qoymuşlar.
Azərbaycan.-2007.-19 may.-S.5.