Məmmədova İ.

 

Görkəmli alimin barelyefi açılmışdır

 

Bu günlərdə rayonumuzun fəxri - görkəmli alim, Dövlət  mükafatı laureatı, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaşar Qarayevin vaxtı ilə oxuduğu Şəkı şəhər 4 saylı orta məktəbin qarşısında barelyefinin açılışı olmuşdur. Açılış mərasimində ictimaiyyətin nümayəndələri, ziyalılar, elm və təhsil işçiləri ilə yanaşı, AMEA Nizami adına Ədəbiyyat və Folklor institutlarından gəlmiş qonaqlar, alimin dostları və iş yoldaşları iştirak edirdilər. Mərasimi Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova açdı.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Teymur Kərimli çıxış edərək görkəmli alimin həyat və yaradıcılığından ətraflı danışdı. O, dedi ki, Yaşar Qarayev elə bir fenomenal şəxsiyyətdir ki, onun haqqında saatlarla danışmaq olar. Böyük alim Yaşar Qarayevin ədəbiyyatşünaslıq elmimizin inkişafında misilsiz xidmətləri olmuşdur.

Filologiya elmləri namizədi Asif Rüstəmov, filologiya elmləri namizədi Şirindil Alışanlı, xalq şairi Zəlimxan Yaqub, filologiya elmləri doktorları Hüseyn İsmayılov, Rəhim Əliyev, filologiya elmləri namizədləri Fəridə Hicran, Ramazan Qafarlı Yaşar Qarayevin həyatı, sənəti və şəxsjyyəti barədə çıxışlar etdilər, maraqlı xatirələr söylədilər.

İndi məktəbimizin şagirdlərinin çoxu həyatda elmdə Yaşar Qarayevə oxşamaq üçün təhsilə, biliyə, kitaba daha çox maraq göstərirlər.

 

Azərbaycan.- 2007.- 13 may.- S. 5.