Saatlıda
Heydər Əliyevin abidəsi açılmışdır
Mayın 10-da
Saatlıda ümummilli lider Heydər Əliyevin abidəsinin
açılışı olmuşdur.
Tədbir iştirakçıları öncə tamamilə
yenidən qurulmuş Heydər Əliyev meydanında
salınmış Şəhidlər Xiyabanını
ziyarət etmiş, torpaqlarımzın bütövlüyü
uğrunda şəhid olmuş Vətən oğullarının
xatirəsini hörmətlə anmışlar.
Sonra Heydər Əliyevin abidəsinin açılış
mərasimi keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı
Vaqif Hüseynov abidənin örtüyünü
açmışdır. Ümummilli liderin xatirəsi bir
dəqiqəlik sükutla yad olunmuşdur. Abidə
önünə əklil və gül-çiçək
dəstələri qoyulmuşdur.
V.Hüseynov dünya şöhrətli dahi
şəxsiyyətin həyat və fəaliyyəti
barədə danışmışdır. O demişdir ki,
azərbaycançılıq ideyasının, milli
həmrəyliyin, Azərbaycanın inkişaf modelinin
formalaşmasında, ölkəmizin dünyaya
inteqrasiyasında fenomen tarixi şəxsiyyət olan ulu
öndərin rolu əvəzsizdir. Bizim hər birimiz haqlı
olaraq fəxr etməli və qürur duymalıyıq ki,
Heydər Əliyevin Azərbaycanında yaşayır,
çalışırıq. Bu gün Azərbaycanımız
əsl inkişaf yolundadır. Biz sabahımıza,
gələcəyimizə ümummilli liderin siyasi kursunun ən
layiqli davamçısı, ürəkdən inanıb etibar
etdiyimiz ölkəmizin Prezidenti İlham Əliyevin
rəhbərliyi altında gedirik. Heydər Əliyevin
uzaqgörənliklə söylədiyi kimi, dahi rəhbərin
axıra çatdıra bilmədiyi taleyüklü
məsələləri, planları, işləri indi bizim
köməyimiz və dəstəyimizlə İlham Əliyev
həyata keçirir.
Digər natiqlər – Yeni Azərbaycan Partiyası icra katibinin
müavini, parlamentin deputatı Mübariz Qurbanlı, “Yeni
Azərbaycan” qəzetinin baş redaktoru Alqış
Həsənoğlu, Yeni Azərbaycan Partiyası Saatlı rayon
təşkilatının sədri Lütfəli Şıxəliyev,
Saatlıda çıxan “Dönüş” qəzetinin baş
redaktoru Qaçay Əhmədov da ulu öndərin uğurlu
sosial-iqtisadi inkişaf strategiyasının gətirdiyi dividendlərdən
bəhs edərək, bu siyasətin Prezident İlham Əliyev
tərəfindən müvəffəqiyyətlə həyata
keçirildiyini, xalqın qarşıdakı prezident
seçkilərində də indiki ölkə
başçısını yeganə namizəd kimi
dəstəkləyəcəklərini bildirmişlər.
Xalq qəzeti.-2007.-11 may.-S.3.