Tokay Məmmədov

 

Cari ildə yubileyini qeyd etdiyiıniz sənətkarlardan biri görkəmli heykəltəraş, Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublikanın Xalq rəssamı, SSRI Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ Dövlət Mükafatı laureatı Tokay Məmmadovdur.

Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18- Bakıda anadan olmuşdur. İ. Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq Memarlıq İnstitutunu bitirmişdir. 1970-1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri olmuşdur.

Heykəltəraşlığın müxtəlif janrlanda (monumental abidə, portret, büst, barelyef s.) əsərlər yaradır.

T.Məmmədovun ilk əsərləri (Bakı komissarları”nın, Partizan Mixaylo, S.Vurğunun portreti, Nizami Gəncəvi» s.) dinamikliyi, ifadəliliyi, plastik formaların orijinallığı ilə fərqlənir.

Monumental heykəltəraşq T.Məmmədovun yaradıcılığında mühüm yer tutur. Ü.Hacıbəyovun (tunc, qranit -1960), M.Füzulinin (Ö.Eldarovla birgə tunc, qranit -1962 ), M.Əzizbəyovun (tunc, qranit - 1977), İ.Nəsiminin (İ.Zeynalovla birgə - tunc, qranit - 1979) b. plastik ahəngdarğı, obrazın psixoloji vəziyyətinə münasib forma seçilməsi baxımından dünya heykəltəraşlığının ən yaxşı nümunələrindəndir...

 

Mədəni-maarif.- 2007.- ¹5.- S.18.