Zeynal Cabbarzadənin xatirə lövhəsinin açılışı oldu

 

Aprelin 27-də Puşkin küçəsi 14-də tanınmış şair Zeynal Cabbarzadənin yaşadığı binaya vurulmuş xatirə lövhəsinin açılışı oldu. Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, yazıçı Anar, millət vəkili Rafael Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin əlaqədar şöbə və bölmələrinin, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin işçiləri, mərhum şairin yaxınları, qohumlan və media nümayəndələri iştirak edirdilər. Açılış mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamladı və Zeynal Cabbarzadənin Azərbacan ədəbiyyatındakı xidmətlərindən danışdı. Daha sonra yazıçı Anar Z.Cabbarzadənin bir şair kimi özəlliklərindən və bir insan kimi maraqlı xüsusiyyətlərindən bəhs etdi. Millət vəkili Rafael Hüseynov isə xatirə lövhəsinin açılışını həm ədəbiyyatsevərlər, həm də mərhum şairin yaxınları, qohumları üçün bir hədiyyə olduğunu qeyd etdi. Şairin oğlu təşəbbüskarlara və tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Çıxışlardan sonra musiqi sədaları altında xatirə lövhəsinin açılışı oldu.

 

Kino+.- 2007.- 4 may.- S. 2.