Fəxriyyə Xələfovanın geyimləri
qonaqları heyrətləndirdi
Mərasimdən
əldə olunan vəsait Şüvalandakı uşaq evinin
idman zalının təmirinə sərf olunacaq
Ötən gün “Hyatt
Recency” otelində möhtəşəm bir mərasim
keçirildi. Azərbaycanda olan ən tanınmış
iş adamları, səfirliyin nümayəndələri,
beynəlxalq qadın klublarının üzvləri
Fəxriyyə Xələfovanın qonağı oldular.
Tanınmış Azərbaycan modelyeri ötən gün
gerçəkləşdirdiyi mərasimdə
"Cazibə" adlı yaz-yay kolleksiyalarını
nümayiş etdirdi. Gecədə Fəxriyyə
Xələfovanın 10 geyim dəsti həqiqətən
qonaqları heyrətləndirə bildi. Ancaq
tanınmış modelyerimizin kolleksiyasından öncə bir
neçə dünya şöhrətli geyim
firmalarının, modelyerlərin də kostyumları təqdim
olundu. Xüsusilə Valentin Yudaşkinin cins kolleksiyaları
maraq doğurdu. İtaliyanın məşhur "Les Corains",
"Puma fashions" firmalarının geyim dəstləri
də modellər tərəfindən təqdim olundu. Mərasimdə
həmçinin qonaqların arasından xoşbəxt
nömrənin sahiblərinə "Parfüm de Frans"
tərəfindən hədiyyələr təqdim olundu. Daha
sonra mərasimdə ev sahibliyi missiyasını yerinə
yetirən Fəxriyyə Xələfova zala girişi ilə
hamını təəccübləndirdi. Tanınmış
modelyerin cazibədar görünüşü və
üzərində olan əlbisəsi də diqqətdən
kənarda qalmadı. Fəxriyyə Xələfova imkan
tapıb media nümayəndələri ilə qısa brifinq
də keçirdi. Bildirdi ki, mərasim xeyriyyə xarakteri
daşıyır. Mərasimdən əldə olunan vəsait
Şüvəlandakı uşaq evinin idman zalının
təmirinə sərf olunacaq. Onu da qeyd edək ki, kifayət
qədər baha qiymətə satılan biletlərin
hamısından əldə olunan gəlir məhz uşaq
evinin sakinlərinə təqdim olunacaq. Fəxriyyə
Xələfova bildirdi
ki, hələ mərasim başa
çatmamış
onda olan məlumata görə, kifayət qədər vəsait əldə olunub. Modelyer
söhbət əsnasında onu
da bildirdi ki, o, dünən
axşam səfərdən
qayıdıb. Qeyd edək ki, Fəxriyyə
Xələfova bu dəfə Çinə və Hindistana səfər etmişdi. Onun sözlərinə görə, bu ölkələrə üz
tutması təsadüfi
deyil. Modelyer adıçəkilən ölkələrdə
çox maraqlı parçaların, fərqli
çalarlı ipəklərin
olduğunu, yeni kolleksiyasında istifadə
etmək üçün
məhz oradan parçalar seçib gətirdiyini bildirib. Modelyer deyib ki, onun yaxın
müddətə təqdim
edəcəyi yeni kolleksiyası indiyə qədər təqdim olunanlardan bir çox cəhətləri
ilə fərqlənəcək.
Tanınmış modelyer
geyim dəstləri barədə danışarkən
bildirdi ki, hər bir modelyerin
təqdim etdiyi kolleksiyalar həm də tamaşaçıya
teoritik izah şəklində təqdim
olunmalıdır. Onun
sözlərinə görə,
yaz-yay kolleksiyasında
bu amil xüsusi
nəzərə alınıb.
Daha sonra mərasimdə Fəxriyyə
Xələfovanın geyim
kolleksiyaları nümayiş
olundu.
Şərq.- 2007.-16 may.- S. 14.