Xeyriyyə aksiyası
keçirilmişdir
"IWC"
Beynəlxalq Qadınlar Klubunun himayəçiliyi ilə
mayın 15-də əməkdar incəsənət xadimi,
tanınmış modelyer Fəxriyyə Xələfovanın
sərgisi nümayiş etdirilmişdir. Tədbir xeyriyyə məqsədilə
təşkil edilmişdir.
Aksiyanın reklamından və
F.Xələfovanın "Cazibədarlıq" adlı
orijinal yaz-yay kolleksiyasının nümayişindən
əldə ediləcək
gəlir Şüvəlandakı
uşaq evinin idman zalının təmirinə və zəruri avadanlıqla təchizinə xərclənəcəkdir.
Bu, F.Xələfovanın
Beynəlxalq Qadınlar
Klubu ilə ilk əməkdaşlığı
deyildir. 2003-cü il iyunun 1-də keçirilən ilk birgə aksiya Uşaqları Beynəlxalq
Müdafiə Gününə
həsr edilmişdi.
Qeyd edək ki, Beynəlxalq Qadınlar Klubu 11 illik fəaliyyəti ərzində uşaq evləri və internat məktəblərinin
abadlaşdırılmasına yönəldilmiş bir sıra xeyriyyə layihələri həyata keçirmişdir.
Azərbaycan.-2007.-16 may.-S.2.