Sabirqızı Ü.

 

Leyla Əhmədovanın “Səhrada qar”ı...

 

...Gürcüstanı dolaşıb

 

Tanınmış modelyer Leyla Əhmədova Gürcüstandan səfərdən qayıdıb. O, qonşu ölkənin paytaxı Tiflisdə sonuncu geyim kolleksiyası olan "Səhrada qar"ı təqdim edib. Kolleksiyaya daxil olan 16 paltar qeyri-adi üslubuna görə diqqəti cəlb edib. Gürcülər Leylanın geyimlərini çox bəyəniblər, hətta modelyer bir neçə sərfəli təklif alıb Amma bu barədə ətraflı məlumat vermək istəmir. Qeyd edək ki, "Səhrada qar"ı podiumda modelyerin özü ilə apardığı "Venera" moda evinin manekenləri nümayiş etdiriblər.

 

Yaddaş.- 2007.- 3 may. S.4.