Fəxriyyə Xələfova: "Fəxr edirəm ki, bu cür istedadlı tələbələrim var"

 

Ötən gün İncəsənət Universitetinin sərgi salonunda rəssamlıq fakültəsinin tələbələrinin "İctimai baxış" sərgisi keçirildi. Rəssamlıq fakültəsinin nəzdində teatr - dekor, reklam, kino rəssamı, xalçaçılıq rəssamı modelyer-rəssam kafedraları fəaliyyət göstərir.

Sərgidə əməkdar incəsənət xadimi, tanınmış modelyer, ixtisas müəllimi Fəxriyyə Xələfovanın 1-ci 2-ci kurs tələbələrinin əl işləri nümayiş olunub. Sərgini seyr edən tamaşaçıların, dəvət olunmuş nümayəndələrin ümumi rəyinə görə, tələbələrin zəhmətsevərliyi istedadı xüsusilə qeyd edildi.

Sərginin əsas mahiyyəti istedadlı gənclərin yaradıcılığını tamaşaçıya çatdırmaq onların gələcək fəaliyyəti üçün stimul yaratmaqdan ibarətdir. Belə ki, bu gənclər, gələcəkdə incəsənətin inkişafında, estetik dəyərlərin daha da mükəmməlləşdirilməsində xidmət göstərəcəklər.

İncəsənət Universitetinin rəssamlıq fakültəsinin həyata keçirdiyi tədbir tələbələrin asudə vaxtlarının səmərəli keçməsi, onların dünyagörüşü mədəni inkişafının təşkilində mühüm vasitə olan müxtəlif səpkili tədbirlərdəndir.

Təlim-Ərbiyə işinin yüksək keyfiyyəti, müəllimlərin öz işinə dərindən bağlılığı, milli irsimizin öyrənilməsi sahəsindəki təcrübə, müəllim-təiəbə münasibəlində humanizm prinsiplərinə ciddi riayət olunması fakültənin uğurlu işinin başlıca amillərindəndir.

Tədbirdə Fəxriyyə Xələfova tələbələrlə bağlı fikirlərini belə bildirdi: "İstedadlı tələbələrin sərgidə təqdim etdikləri əl işləri artıq bir sıra nüfuzlu, beynəlxalq səviyyəli tədbirlərdə yüksək qiymətləndirilmiş, diplorrtalara layiq görülmüşdür. Mən (əxr edirəm ki, bu cür istedadlı tələbələrim var. Onlara öyrətdiyim sənətin hər incəliklərini layiqincə qavrayır öz işlərində bunu büruzə verirlər".

Fakültənin kollektivi əldə edilmiş nailiyyətlərlə arxayınlaşmır, bu uğurlar onları yeni zirvələri fəth etməyə ruhlandırır istedadlarını inkişaf etdirilməsi üçün lazımi şəraitin yaradılmasını özünə başlıca vəzifələrdən biri sayır.

 

Səs.- 2007.- 23 may.- S. 12.