Allahverdiyev E.
“Azərbaycantelefilm” bu günün
salnaməsini yaradır
Son dövrlər
Azərbaycan Televiziyasında gedən inkişaf
"Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin
fəaliyyətində də özünü göstərir. Birliyin
çəkdiyi filmlər bir çox müsabiqələrdə
iştirak edərək qalib olmuş, tamaşaçılar
tərəfindən maraqla qarşılanmışdır. Təkcə
bu il "Taleyimdən qaça bilmədim", "Taleyin 5
anı", "Söz haqqı", "Mən səni
araram", Cəfər Cabbarlı, Əlibəy
Hüseynzadə, Qənbər Hüseynli haqqında
çəkilən filmlər telefilmin fəaliyyətindəki
inkişafın bariz nümunəsidir. Bu haqda ətraflı
"Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin
direktoru Vüqar Tapdıqlı özü danışdı.
"Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin 2008-ci ildə 50 yaşı tamam olacaq. Bizim birliyin ilk filmi 1960-cı ildə efirə çıxıb. Bu günə qədər "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində 800 saat həcmində sənədli televiziya filmləri istehsal edilib və AzTV ilə nümayiş olunub. Bu filmlərin 500 saata qədəri kinolentə çəkilib, qalanı isə videofilmlərdir. 52 nəfərdən ibarət yaradıcı heyətlə çalışırıq ki, bunların da 46 nəfəri yaradıcı heyət, 6 nəfəri isə "Telefilm"in rəhbərliyidir. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi AzTV-nin redaksiyalarından biridir. Əvvəllər "Telefilm" il ərzində 8,12, maksimum 18 saat sənədli film istehsal edirdisə, AzTV-yə yeni rəhbərlik gəldikdən sonra biz il ərzində 32 saat sənədli film istehsal edirik. Bu filmlərin 60 faizə qədərini sənədli filmlər, qalanını isə salnamələr təşkil edir. Salnamələr dövrümüzün ictimai-siyasi hadisələrini, mədəniyyəti, ziyalılarımızı əhatə edir. Bizim filmlərimizin il ərzində 32 saat həcmində formalaşması onunla əsaslanır ki, 7-8 rejissorumuz var, hər rejissor da il ərzində minimum 2-3 film çəkməlidir.
Fəaliyyətimiz tematik plana əsasən aparılır. Tematik planın tələbi 3 qaydadadır:
1. "Telefilmin öz işçiləri tərəfindən təqdim olunan mövzular.
2. Bizə kənardan təklif olunan mövzular.
3. Şirkətin
bədii şurası
və rəhbərliyi
tərəfindən sifariş
olunan mövzular. Qeyd etdiyim kimi, 3 mənbədən bizə
mövzu gəlir.
Bunların içindən 200-ə yaxınını seçib
rəhbərliyə təqdim
edirik. Onların
müzakirəsindən sonra
tematik plan təsdiq olunur. “Telefilm”də
əvvəllər bədii
filmlər çəkilsə
də, hal-hazırda sənədli filmlər çəkirik. Yalnız sənədli
bədii filmlərə
üstünlük veririk
ki, bu da
fəaliyyətimizin bu
yönümdə ixtisaslaşmasından
irəli gəlir.
Efirə gedən ən son 3 filmimiz AzTV rəhbərliyi
şəviyyəsində qəbul
olunub. "Ürəkdən
ürəyə" (Fidan
və Xuraman Qasımova bacıları haqqında film), "Əziz
Əliyev haqqında"
və "Uluxanlı
məktəbi". "Uluxanlı məktəbi"
yaxın günlərdə
televiziyada nümayiş
olundu. Qeyd etdiyim digər
2 film də tezliklə
ekranlara çıxacaq.
Bir filmin üzərində
2-3 ay işləyirik. Lakin elə filmlərimiz də olur ki,
onun çəkilişləri
il boyu
davam edir. "Mücadilə" adlı filmimiz 8 aya başa gəlmişdi.
- Hal-hazırda hansı filmlər çəkiliş
prosesindədir?
- Hazırda 2 film
üzərində işləyirik.
"Quba soyqırımı"
adlı film artıq çəkilib, montaj işləri aparılır.
Bu filmdə azərbaycanlı
və yəhudilərin
Qubada ermənilər tərəfindən soyqırıma
məruz qalmalarından
bəhs edilir.
2-ci filmimiz isə şərti olaraq "Ermənilər:
“mif və həqiqət” adlanır. Bu filmin çəkilişləri
isə hələ təzə başlayıb.
"Azərbaycan
telefilm"in istehsal etdiyi filmlər bir informasiya mənbəyidir. Sadəcə olaraq, bizim informasiyamız 10-20 ildən
sonrakı dövrlər
üçün nəzərdə
tutulub. Bundan əlavə, Azərbaycan
Televiziyası peyk vasitəsilə bütün
dünyaya yayımlanır.
Bu səbəbdən, bizim işimizdə ən əsas amil məsuliyyətdir.
Çəkdiyimiz filmlərdə göstərilən
faktların hamısı
dövlətin ictimai institutları tərəfindən
dəqiqləşdirilməli, rəsmən təsdiq olunmalıdır. Bizim filmlərdə
faktlar zərrə qədər də olsa şişirdilmir.
- Çəkilən filmlərdə
hansı mövzulara daha çox üstünlük verilir?
- Çəkdiyimiz
filmlərin böyük
əksəriyyətində Qarabağla bağlı problemimizi qabartmağa çalışırıq. Rejissor Rövşən
Almuradlının çəkdiyi
"Bəsdir, ağlama"
adlı bədii film də kifayət qədər faktlarla zəngindir. Bu günsə biz daha çox konkret qəhrəmanları olan filmlərə müraciət
edirik. Haqqında film çəkdiyimiz insanların öz taleləri ilə yanaşı, Azərbaycanın
tarixini də əks etdirməyə çalışırıq. Məsələn, Lətif Hüseynzadə
haqqında olan "Əsrin şahidi" filmində qəhrəmanımız
Azərbaycanın tarixi
faciələri haqqında
olduqca geniş danışıb.
Ümumiyyətlə, bu gün dünyada
bədii filmlərlə
yanaşı, sənədli
filmlərə də ehtiyac duyulur. Təsadüfi deyil ki, bu
gün çəkilən
bədii filmlərin çoxunda sənədli epizodlardan istifadə edirlər. Xüsusi olaraq tarixi filmlərə maraq daha çoxdur. Abbasqulu Ağa Bakıxanov haqqında çəkdiyimiz
film buna sübutdur.
"Qüdsi" adlı filmin çəkilişləri İçərişəhərdə
aparılır. Bildiyimiz kimi,
A.Bakıxanov tarixçi,
hərbçi, tərcüməçi,
diplomat, ən nəhayət,
müsəlmandır. Onun yaşadığı dövr
Azərbaycan tarixinin silinməz səhifələridir.
Çalışacağıq ki, filmdə
bu tarixi təfərrüatı ilə
tamaşaçıya çatdıraq.
Bizim filmlərin sifarişçisi,
bayaq qeyd etdiyim kimi, Azərbaycan
Televiziyasıdır. Tam
səmimi bildirmək istəyirəm ki, bizim ən böyük
mükafatımız belə
bir məsuliyyətli işi rəhbərliyin bizə etibar etməsidir. Bütün kollektivlə
bu etibarı doğrultmağa çalışırıq.
Hər bir dövlət kanalında buraxılan xırda bir siyasi səhv dövlətə ciddi
problem yaradır. Biz çalışırıq
ki, fəaliyyət göstərdiyimiz vaxt ərzində daim dövlətimizin maraqlarına
xidmət edək.
Son olaraq
bildirmək istəyirəm
ki, bu yaxınlarda
Azərbaycan Televiziyasında
müəyyən təqaüd
yaşına çatmış
əməkdaşların əmək
müqaviləsinin şərtləri
dəyişdirildi. Bundan
sonra televiziyaya gələn cavanları görəndə çox
sevindim. Məncə, nəsillərin qanuni formada dəyişməsi uğurlu addımdır. Bu səbəbdən, gənclərə bəslədiyi
ümidlərə, onlara
yaratdığı iş
rejiminə görə
AzTV rəhbərliyinə
təşəkkürümü bildirirəm.
Ekran Efir.- 2007.- 18 may.- S. 4.