Aslanın adı ilə

 

Məhəmməd Əsəd bəy haqqında filmin İtaliyada çəkilişləri başa çatıb

 

Berlinin "UM WELT FILM" studiyasının Məhəmməd Əsəd bəy haqqında ekranlaşdırdığı "Aslanın adı ilə" sənədli bədii filminin İtaliyada çəkilişləri başa çatıb. Bu barədə APA-ya məlumat verən filmin elmi müəllifi, ekspert qrupunun rəhbəri baş rolun ifaçısı, Əsəd bəy irsinin tədqiqatçısı N.Atəşi filmin çəkilişlərinin Əsəd bəyin ömrünün son illərini yaşadığı dəfn olunduğu İtaliyanın cənubundakı Positano şəhərində aparıldığını bildirib. O, Əsəd bəyin məzarı başında çəkilişlər aparılan zaman baş daşının tərsinə qoyulduğunu aşkar etdiyini deyib. N.Atəşinin sözlərinə görə, Əsəd bəy vəsiyyətində məzarının Şərqə, Məkkəyə tərəf olmasını istəyib. Yanlış dəfn edilən Əsəd bəyin məzarı ölümündən bir neçə il sonra açılaraq, üzü Məkkəyə çevrilsə , bu dəfə başdaşı tərs istiqamətə qoyulub. N.Atəşi məsələ ilə bağlı Positanonun meri Domeniko Marroneyə rəsmi məktubla müraciət edib. Mer N.Atəşini qəbul edərək, baş verənlərdən məyus olduğunu bildirib, məzara baş çəkəcəyinə, tezliklə başdaşını dəyişdirəcəyinə söz verib.

N. Atəşi, həmçinin, Positanonun Dövlət Kitabxanası arxivində Əsəd bəyin İtaliyada yaşadığı dövrdə bütün rəsmi sənədlərdə yazışmalarda Məhəmməd Əsəd bəy İbrahim oğlu kimi göstərildiyini aşkarlayıb. Arxivdə Əsəd bəyin orijinal məktubları, bank kitabçası indiyə qədər mətbuata məlum olmayan bir çox qiymətli sənədlər aşkar edilib. Qeyd edək ki, Berlində yaşayan azərbaycanlı soydaşlarımızdan Cavad bəy Vəzirov, Hilal Münşi, Zahid Əfəndi digərləri ilk dəfə Əsəd bəyi yəhudi adlandıraraq, əsassız böhtan şayiələrlə polisə digər rəsmi orqanlara şikayət edərək ləkələyib, sonda isə onun imzasının alman mətbuatında qadağan edilməsinə, kitablarının nəşrinin yasaqlanmasına nail olublar. alman, Avstriya, İtaliyanın rəsmi orqanları isə Əsəd bəyin yəhudi olduğunu sübut edəcək dəlillər tapmayıb. Positanoda üzə çıxarılan dəlillərə yerli əhalinin söylədiklərinə görə, Əsəd bəyi Positanoda yaşayan Semyonov adlı rus rəssamı yazıçısı da ləkələməyə çalışıb, onu İtaliya polisinə satıb. N.Atəşi hazırda bunun köklərini səbəblərini araşdırır. O ehtimal edir ki, Hilal Münşi tərəfdarları Semyonovla əlaqəyə girərək bu təxribatı törədiblər. Əsəd bəyin Mussoliniyə yazdığı məktublar, vurduğu teleqramlar, ölüm şəhadətnaməsi, tapılan sənədlər buna misaldır. N.Atəşi Əsəd bəyin milliyyəti valideynləri haqqında da qiymətli rəsmi sənədlər şahidlər tapdığını deyib. O, Əsəd bəyin yaxın qohumunu tapdığını, hazırda Əsəd bəyin şəcərəsinin hazırlandığını vurğulayıb. Tədqiqatçı Əsəd bəyin "Qurban Səid" təxəllüsü ilə yazdığı "Sevgidən heç anlamayan kişi" adlı, indiyədək çap olunmamış son romanının əlyazmasının Almaniyada olduğunu da bildirib: "Romanda Əsəd bəy öz dili ilə bir çox məchulluğa aydınlıq gətirir".

Film kitabın 2008-ci il Almaniyada elan olunan "Əsəd bəyin renessans ili"ndə nümayiş etdiriləcəyini deyən tədqiqatçı bunun gələn il Almaniyada qeyd olunacaq "Azərbaycan Mədəniyyət İli"nin planına salınmasının zəruriliyini vurğulayıb.

 

Xalq cəbhəsi.-2007.-15 may.-S.15.