Məhkumlar filmi təqdim olundu

 

Dünən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında "Məhkumlar" bədii filminin mediaya təqdimatı olub. APA-nın məlumatına görə, film Çingiz Abdullayevin "Məhkumların cənnəti" əsəri əsasında Mehriban Ələkbərzadənin rejissorluğu ilə çəkilib. Filmin operatoru Kənan Məmmədov, rəssamı Rafiz İsmayılov, bəstəkarı Aqşin Əlizadadədir. Baş rolları Sevinc Əlişova Ramiz Zeynalovun oynadığı filmdə Ramiz Məlikov, Ramiz Novruzov, Nurəddin Mehdixanlı başqa aktyorlar da çəkiliblər. M.Ələkbərzadə bildirib ki, filmin təntənəli təqdimat mərasimi mayın 18- "Azərbaycan" kinoteatrında keçiriləcək.

 

Xalq cəbhəsi.-2007.-16 may.-S.15.