Azərbaycan da Sovet
dövrünün parkı
Yaxud
"Arxipelaq Qulaq"
attraksionu olan sanatoriya
Təqaüdçülər
üçün əsl
cənnət...
..."Bütün bunlardan savayı, sanatoriyamızda yeni "Dərk et" attraksionu tikilmək ərəfəsindədir. Bu
attraksion "Arxipelaq
QULAQ" və digər
həbs, sürgün,
cəza müəssisələrinin
maketi olacaq.
Orda da hər şey əslində olduğu kimi cərəyan edəcək.
Əcnəbiləri də
dəvət edəcəyik
ki, baxsınlar və görsünlər ki, bizdə onların dəhşət
otaqları, Hiçkokun
psixoloji trillerlərindən
daha kəskin təəssüratlar yaşamaq
olar" - bunları
"Sovet dövrünün parkı" sanatoriyasının baş
həkimi (A.Dolinski) yeni pasiyentə (A.Lazarev - kiçik) deyir.
Dünən "Azərbaycan" kinoteatrında
Yuli Qusmanın 2006-cı ildə çəkdiyi "Sovet dövrünün parkı"
filminin Bakı premyerası keçirildi.
Keçmiş bakılı
olan Y.Qusman həmvətənləri ilə
görüşə baş
rolların ifaçıları
Aleksandr Lazarev və Mixail Yefremovla təşrif byurmuşdu. Rusiya teatr və kino sənətində böyük xidmətləri
olan, bu gün də fəaliyyətdə olan Aleksandr Lazarevin və mərhum Oleq Yefremovun övladları olan bu aktyorlar nə
qədər çətin
olsa da, artıq müstəqil potensiallarını sübut
edə bilərək görkəmli valideynlərinin
kölgəsi olmaqdan sığortalanıblar.
Y.Qusman öz çıxışında
vurğuladı ki, filminin Bakı premyerasının baş tutmasını səbirsizliklə
gözləyirdi: "Əgər
Moskvadakı "Oktyabr"
kinoteatrının böyük
zalına əsasən
sadə tamaşaçılar
toplaşmışdısa, burda mən köhnə dostlarım, tanışlarım, həmkarlarım,
eyni zamanda kino sənətində
böyük mütəxəssis
olan şəxsləri
görürəm. Bu həm xoşdu, həm də çox məsuliyyətli..."
Rejissor onun
yaradıcılığına göstərilən diqqətə
görə Azərbaycan
hökuümətinə, bu
tədbiri təşkil
etdiyinə görə
Mədəniyyət və
Turizm Nazirliyinə dərin təşəkürünü
bildirdi. Yumor və istehza notları üzərində
qurduğu filminə gəlincə isə söylədi ki, bu film liflərdən
ikiəlli yapışıb
qalmaq kimi zərərli vərdişi
tərgitməyə çağırır.
Qusman yaradıcılığının əsas hissəsi sövet dönəminə
təsadüf etmiş
Rasim Ocaqov, Eldar Quliyev və
digərləri kimi müqtədir kino xadimlərinin əsərlərinin
heç bir zaman və məkan
çərçivəsinə sığmadığını da qeyd etdi.
"Sovet dövrünün
parkı" filmindəki
hadisələr A.Lazarevin
qəhrəmanı olan
teleulduzun həyat və iş şəraitinin təsviri
ilə başlayır.
Onun maddi cəhətdən asılı olduğu insanlar təklif edirlər ki, "Sovet dövrünün parkı" sanatoriyasında
həm gedib istirahət etsin, düşüncələrini qaydaya
salsın, həm də bu sanatoriyanın
əhəmiyyəti ilə
bağlı yeni realiti-şou şəklində
telelayihə hazırlasın.
Maraqlıdır ki, filmdə çağdaş
dövrümüz tutqun,
yağmurlu hava ilə müaşayiət
olunduğu halda, "Sovet dövrünün parkı" sanatoriyasında
həmişə günəşli,
ilıq hava hökm sürür. Bura gündəlik karnavala, həm də dəli yığıncağına bənzəyir.
Pasiyentlərin, xidmət
personalının geyimlərindən
tutmuş bütün
güzəranları SSRİ-nin
repressiya və ictimai-iaşə, kosmos və sənaye, mədəniyyətlə
incəsənət və
xalqlar dostluğu sahələrində çiçəkləndiyi
dövrün surətidir.
Pasiyentlər anket doldurarkən adlarını
ən görkəmli sovet siyasi, ictimai,
incəsənət xadimi
kimi qeyd edirlər. Bir sözlə, Lidiya Fedoseyeva-Şukşinanın
oynadığı xidmət
personalından birinin dediyi kimi, bu
sanatoriya təqaüdçülər
üçün əsl
cənnətdir.
Y.Qusman bu
filmində də çox gözəl aktyorlara güvənib. Adları çəkilən
sənətkarlardan savayı,
filmdə Aleksandr Abdulov, Aleksandr Lazarev - böyük, Vladimr Etuş və d. istedadlı
və bacarıqlı
aktyorlar çəkiliblər
Həftə
içi.-2007.-31 may.-S.8.