Behbudqızı S.
Bürünc “Poçt
qutusu” və “Yaramaz”
Əbülfəs
Qarayev: "...musiqi alətlərimizə də
heykəllər ucaltmalıyıq"
Bu
yaxınlarda Moskva şəhərində Georgi Daneliyarın
"Mimino" ekran əsərinin qəhrəmanlarına
heykəl qoymaq təşəbbüsü qalxmışdı.
Film nə qədər
sevilən, baxılan, təravətini itirməyən olsa da,
şəhər hakimiyyəti Kikabidze ilə Mkrtçyanın
yaratdıqları obrazların Moskvanın mərkəzində
heykəlləşməsinə yol vermədilər. "İncəsənətin
dini, milliyyəti olmur" fikri nə qədər vurğulansa
da, dövlətlər arasındakı gərginliklərin
sənətə münasibətdən yan ötmədiyinin
dəfələrlo şahidi olmuşuq. Belə olmasaydı,
Rusiya kinematoqrafiyasına çoxlu "incilər" bəxş
etiniş gürcü əsilli Daneliyanın iki
qafqazlının Moskva sərgüzəştlərindən
bəhs edən ekran əsərinin qəhrəmanlarını
bürüncləşdirmək ideyası məqbul hesab
edilərdi. Necə ki bu hadisədən az müddət sonra
Rusiyadakı İngiltərə səfırliyinin
qarşısında baş rollarda Vasili Livanov və Vitali
Solomin olnıaqla İqor Maslennikovun çəkdiyi
"Şerlok Holms və doktor Vatsonun macəraları" telefilminin
qəhrəmanlarına heykəl qoyulması məqbul hesab
edildi.
Bu məqamları
xırdalamaqda məqsədim kiminsə müdafiəçisi
kimi çıxış etmək yox, müzakirəyə
çıxardığım ideyanı
gerçəkləşdirmək vaxtı çatanda nəticə
çıxarıb diqqətli olmağı
vurğulamaqdır.
Beləliklə, ideya
ondan ibarətdir ki, Odessa, Sankt-Peterburq, Moskva və yaxın
xaricin digər irili-xırdalı şəhərlərində
xalqın yaddaşmda xüsusi iz qoymuş və ya elə
xalqın içindən çıxmış, onun
təfəkkürünün formalaşmağında
müstəsna rol oynamış ədəbi
əsərlərin və filmlərin personajlarına
heykəllər qoyulub. Məsələn, İlf və Petrovun
“12 stul”unu dünyaya tanıdan Ostap Bendero Odessada, Qoqolun "Burun"una
Sankt-Peterburqda, Turgenevin "Mumu"suna Moskvada.
Mətləbimizdən
xəbərdar olan rəssarn və kino-rejissor Şamil
Nəcəfzadə bunları söylədi: "Çox yaxşı
fikirdir. Belə bir qərarın qəbul edilməsi
ürəyimcə olar. Amma bu məsələdə abidə
məqamı olmamalıdır. Məsələn, "Mosfilm"
kinostudiyasının qarşısında Yevgeni Leonovun
bürünc heykəli var. Lakin bu, abidə yox, sadəcə,
heykəltəraşlıq fıqurudur - bürüncdən hazırlanmış
Leonov postamentin üzərində deyil, real
ölçülərinə uyğun şəkildə yerdə
quraşdırılıb. Bununla da onun insanlara yaxınlığı
vurğulanıb. Bizdə də belə heykəllər qoyulsa,
çox gözəl olar. Klassikaya çevrilmiş fılmlərimizdə
bunun üçün kifayət qədər nümunə var. Məsələn,
Rəşid Behbudov Əsgər rolunda, Leyla Bədirbəyli
Gülçöhrə rolunda, Əliağa Ağayev
Məşədi İbad rolunda və s. Daha başqa
sənətkarlarımız da var ki, onlarm yaratdıqları
bəzi obrazların canlılığı zaman məfhumuna
tabe deyil. Buna görə də həmin obrazların məcazi
heykəldən müstəqim heykəllərə
çevrilməsi çox ınəqsədəuyğun
olar".
Ş.Nəcəfzadənin
dediklərinə "Bir cənub şəhərində",
"Bizim Cəbiş müəllim", "Dəli
Kür", "Ad günü", "Yaramaz",
"Gün keçdi" və bəzi başqa ekran
əsərlərimizi onlardakı maraqlı xarakterlər,
sərrast rejissor yozumu və təkrarsız aktyor ifasına
görə əlavə edə bilərik.
Ədəbiyyatımıza
gəlincə isə burda seçim daha böyük ola
bilər - nağıllardan başlamış son dövrün
ədəbi qəhrəmanlarınadək. Doğrudur, dənizkənarı
parkda nağıl qəhrəmanlarımızı,
M.F.Axundovun, C.Məmmədquluzadənin
əsərlərindəki personajları əks etdirən
fiqurlar var. Amma bu alabəzək fıqurlar, sadəcə,
uşaq attraksionunun bir tərkib hissəsidir. Halbuki onların
hər biri ayrıca, müvafiq bir guşəya layiqdir.
Məgər Mirzə Cəlilin "Poçt qutusu",
"Danabaş kəndinin əhvalatları",
"Ölülər"i, "Dəli
yığıncağı" və digər
klassiklərimizin toxunduğu mətləblər, yaratdıqları
səciyyəvi personajlar xalqını həm tanımaq, həm
də tanıtmaq baxımından əvəzsiz olduqları
üçün çeşidli diqqət və ehtirama layiq
deyillərmi? Nəhayət, belə
heykəltəraşlıq fıqurları gənc nəslin
dünyagörüşünün, milli mənliyinin formalaşmağında
da mütləq öz xidmətini göstərə bilər.
Bu barədə “Həftə
içi”nın müxbirinin sııalına Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayevin cavabı maraqlı
oldu: "Təklif kimi çox
dəyərlidir. Amma mən bu təklifı nə rədd,
nə də qəbul edə bilərəm. Bildiyiniz kimi,
ölkə başçısı bu yaxınlarda memarlıq
abidələri və komplekslərinə aid sərəncam imzalayıb.
Bu isə onların ınühafızəsinə,
bərpasına və yenilərinin yaradılmasına yeni
baxış və yanaşma deməkdir.
Mən deyərdim ki,
nəinki ədəbi və kinematoqrafık heykəllər
yaratmalıyıq, musiqi alətlərimizə də heykəllər,
abidələr ucaltmalıyıq".
Həftə içi.- 2007.- 11 may.- S. 8.