Bu meydan, bu ekra”ın nəticələri açıqlandı

 

Mədəniyyət və Turizm Nazirliyi "Bu meydan, bu ekran" kino layihələri müsabiqəsinin nəticələrini elan etdi.

Münsiflər heyətinin qərarı ilə beş kino layihəsi müsabiqənin qalibi elan olunub: "İkinci doğuluş" kino layihəsi ("Nərimanfilm" Prodüser Mərkəzi); "Yalançılar" kino layihəsi (Azərbaycan Gənc Kino İstehsalçıları Assosiasiyası); "Dünən qəfildən gəldi" kino layihəsi ("Mehriban" prodakşn" şirkəti); "Albalı" kino layihəsi ("Dərviş" Prodüser Mərkəzi); "Küçə" kino layihəsi ("Radio TV" Prodüser Mərkəzi).

Müsabiqənin qalibi olmuş kino layihələri bu ildən dövlət sifarişi ilə filmlərin çəkilişinə başlayacaqlar. Sözügedən layihənin məqsədi kino yaradıcılığına istedadlı gəncləri cəlb etmək, onların fəaliyyəti üçün stimul yaratmaq olub. Müsabiqə 2007-ci ilin yanvar-aprel aylarında öz işinə başlamışdı. Ümumilikdə müsabiqəyə 40-a yaxın kino layihəsi təqdim olunmuşdu.

 

Xəzər.- 2007.- 19 may.- S. 19.