Dahi lider Heydər Əliyev haqqında sənədli film Macarıstan ictimaiyyətində böyük
maraq doğurmuşdur
Azərbaycan səfirliyi
mayın 22-də Budapeştin "Uraniya"
mədəniyyət mərkəzində ölkənin populyar
"Duna TV" telekanalı ilə birlikdə ulu öndər
Heydər Əliyevə həsr olunmuş "Bir
həsədin tarixi" sənədli filminin macar dilinə
tərcümə edilmiş variantının
təqdimatını keçirmişdir.
Ötən il bu film "Duna
TV" telekanalı ilə
nümayiş etdirilmiş
və ictimaiyyətdə
böyük əks-səda doğurmuşdur. Azərbaycan səfirliyi və "Duna TV" yaradıcılıq qrupu Macarıstan teleauditoriyasının
filmə böyük marağını nəzərə
alaraq onun DVD variantını buraxmışdır.
Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov çıxışında
bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin müstəqil, demokratik və çiçəklənən
dövlət qurulmasına
yönəldilmiş xətti
hazırda onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən
davam etdirilir.
Azərbaycan diplomatı vurğulamışdır
ki, Macarıstanın xarici işlər naziri xanım Kinqa Göntsin mayın 17-19-da Bakıya rəsmi səfəri, Prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşləri,
habelə imzalanmış
sənədlər münasibətlərimizin
tarixində yeni üfüqlər açmışdır.
Həsən Həsənov
"Bir həsədin
tarixi" filminin macar dilinə dublyaj edilməsinə, ümumilikdə Azərbaycanın
Macarıstanda təbliğinə
görə "Duna
TV"-nin prezidenti Laslo Çeleniyə təşəkkürünü bildirmişdir.
Təqdimat mərasimində
"Bir həsədin
tarixi" filmindən
parçalar nümayiş
etdirilmişdir.
Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin adını
daşıyan fondun prezidenti Tural Əfəndiyev tədbirdə
"Duna TV" telekanalının
rəhbəri Laslo Çeleniyə "Azərbaycan
mədəniyyətinin və
incəsənətinin xaricdə
təbliğinə görə"
mükafatını təqdim
etmişdir. Laslo
Çeleni əmin etmişdir ki, Azərbaycan-Macarıstan münasibətlərinin inkişafına
və Azərbaycan həqiqətlərinin Macarıstanda
təbliğinə bundan
sonra da töhfə verəcəkdir.
O, Azərbaycana ötənilki
səfərini xatırladaraq
Prezident İlham Əliyevlə unudulmaz görüşündən, səfər
zamanı "Duna
TV"-nin jurnalist qrupunu və onu əhatə edən xeyirxah və qonaqpərvər mühitdən danışmışdır.
Toplaşanlar Azərbaycan
təsviri və tətbiqi sənət nümunələrindən ibarət
sərgi ilə də maraqla tanış olmuşlar.
Tədbirdə Macarıstanın
tanınmış alimləri,
mədəniyyət xadimləri,
Azərbaycan səfirliyinin
əməkdaşları, diasporumuzun
üzvləri və Macarıstan KİV-in nümayəndələri iştirak
etmişlər.
Azərbaycan.-2007.-26 may.-S.11.