Kəbutər

Kinematoqrafçılarımız Gürcüstandan döndülər

IFASC Azərbaycanda dörd layihə həyata keçirmək niyyətindədir

Cənubi Qafqazda Müstəqil Kinematoqrafçılar Birliyi (IFASC) Azərbaycan kinematoqrafçılarının  dörd böyük layihəsini reallaşdıracaqƏn əvvəl onu qeyd edək bu təşkilat Cənubi Qafqaz ərazisinə daxil olan ölkələrin müstəqil kinematoqrafları ilə birliyinə başlayıb   həmin layihələrdə Ermənistanın iştirakı da istisna deyil. Cənubi Qafqaz ölkələrində kinonun inkişafına təkan vermək yeni nəsil, necə deyərlər,   işləri dünya standartlarının tələblərinə cavab verəcək kinematoqraflar yetişdirməkdən ötrü təşkil olunmuş IFASC Azərbaycanı da diqqət mərkəzində saxlayıb. Kino işçiləri üçün müxtəlif treninqlər təşkil edən təşkilatın Azərbaycanda ekranlaşdırmaq istədiyi ssenarilər  artıq müsabiqədən müsbət rəy alıb.   Şamil ƏliyevinArxaik motivlər”, Mirbala SəlimlininSüd İstiot”, İlqar Safatın  “Şöbə Teymur DaimininNəfsdən uzaqlaşmaqssenariləri dünya kino tənqidçilərinin ixtiyarına verilib. Layihələrin müzakirəsi ilə bağlı  Tbilisiyə dəvət olunan müəlliflər artıq ikinci dəfədir ki, Çerdamir Kolar, Kler Dans Luçano Qlor kimi  dünya kinosunun tanınmış simalarının mühazirələrinə qatılırlar. Məlumat üçün deyək ki, Çerdamir Kolar Oskar almış prodüsserlərdəndir. Onun (“Niçiya zemlya”) filmi prodüser işinə görə bu mükafata təqdim olunubKler Dans da dünyaşöhrətli ssenarist ekspertlərdən sayılır. Yalnız HollivuddaBir vaxtlar Amerikadafilminin ekspertlərindən olduğunu xatırlatmaqla bu kinematoqraf haqqında məlumatı yekunlaşdıraqAmerika daha çox tamaşaçı cəlb etmək üçün macəra filmlərinə meyl etməyə başlayanda o, Hollivuddan imtina etdi bəşəri dəyərlərin potriotluq etdiyi filmlərlə işləmək imkanı qazanmaq üçün Avropanı seçdi. Bu gün dünya kino aləmində Kler  Dansın adının ekspert kimi göstərilməsi  hər hansı bir layihənin vizit kartına çevrilir.

Belə ünlü simaların treninqlərinə  qatılmaq şansı qazanmış rejissor  Şamil Əliyev bunu sənət aləmində bəxti gətirmək adlandırır. Onun sözlərinə görə, ikinci mərhələni başa vuran bizimkiləri üçüncü dəfə daha çətin sınaqlar gözləyir. Dünya standartlarının tələblərinə tam cavab verəcək bir şəklə gətiriləcək ssenarilərin eyni zamanda büdcələrinin formalaşması da bu mərhələdə həyata keçriləcək.

- Səfər çox uğurlu olduMənimTəsadüfi görüş”, Mirbala SəlimlininOdla qol-boyun”, İlqar Safatın  “Dağın nəvəsifilmlərimiz   nümayiş olundu. Deyim ki, dünyaşöhrətli kinematoqraflar filmlərimizin güclü olduğunu etiraf edirdilərHər iki səfər treninqlərin keçirilməsi, necə deyərlərdünya kinosunun tələblərinə dərindən bələd olmaqssenarilərlə bağlı məsləhətlər verməkdən ötrü təşkil olunmuşdu. Üçüncü mərhələyə artıq hazır ssenari ilə getmək, eyni zamanda bir ekspertlərin rəyindən keçməliyik. Bütün bu görüş treninqlərin məqsədi ssenarilərin dünya standarlarına uyğunlaşdırılması yükünü daşıyır.

Azərbaycan kino sənayesi  olmasa da, filmlər çəkilir həmin ekran əsərləri müxtəlif festivallara vəsiqə qazanır. Düzdür, hələ ki, Kann festivalında filmlərimizlə bağlı yaranan, sözün müsbət mənasındaqalmaqalların şahidi olmamışıq, heç sərhədlərimizi üzü bəri adlayanOskarın da. Bütün bunlara baxmayaraq, kino məktəbinin inkişafı ilə bağlı respublikamızda müxtəlif layihələr proqramlar həyata keçirilir, bir-birinin ardınca filmlər çəkilir. Dünya kinosu isə bizə tərəf baxmır ki, baxmır. Bəs onda dünya kinosu istəyir?

Sualımızı yenə Şamil Əliyev cavablandırır:

- Tiflisdə  azərbaycanlılarla bərabər Ulyana Kovala da treninqlərə qatılmışdı.  “Süd İstiotfilminin ikinci prodüsseri kimi. Ola bilsin ki, həmin layihəyə Rusiya tərəfi müəyyən investisiya qoysun. Ulyana Kovala rus kinosu haqqında informasiya verərək dedi kimaliyyə   kino sənayesinin qurulması cəhətdən köhnə SSRİ məkanında ən yaxşı vəziyyət Rusiyadadır. Köhnə sovet məkanında Pribaltika ölkələrini çıxmaq şərti ilə bu məkanda  kinoinsdustriya, demək olar ki, yoxdur. Lakin dünya kinosu artıq Rusiyaya əvvəlki diqqəti göstərmirRusiya kinosuna ildə 200 milyon dollar dövlət vəsaiti ayrılır. Faktiki olaraq nəzərdə tutulub ki, bu məbləğ yaxın zamanlar üçün bir milyarda çatdırılsın. İlk baxışdan hər şey əla görünür. Lakin pərdəarxası vəziyyət tamamilə başqadır. Dövlət özünün ayırdığı o vəsaitin mütləq özünün ideologiyası üçün sərf edilməsinə  çalışacaq. Rus kinosu klassik nümunələri çıxmaq şərti ilə yalnız rus şovinizminin təbliğatına xidmət edir burada seriallar da əsas yer tutur. Dünya kinosu isə belə məqamlardan həmişə qaçır. Bu gün ümumbəşəri dəyərlərə toxuna bilən kino qəbul edilir. Bu  il öncə Kann festivalında iki rus filmi nümayiş olunub. Biri Sakurovun “Aleksandra”,  digəri Ziryegentsevinİzqnaniyefilmi idi. Nikita Mixalkov rus kino meydanında ən öndə gedən, hamıya meydan oxuyan bir şəxsiyyət olsa da onun  filmi müsabiqədən keçə bilmədi. Dünya kinosunda ən kiçik  məqama da fikir verirlər. Mixalkovun şovinist çıxışları onun yaradıcılığında da əks olunur. Bu da dünya kinosunun  diqqətli nəzərlərindən yayınmadı. Sakurovu maliyyələşdirən mənbələrin çoxu dünyanın müxtəlif ölkələrindən idi. Bu mənada dünya kino məktəbində dövlətin kinonu maliyyələşdirməsi o qədər tədqiq olunmur.

BəsArxaik motivlərlayihəsinin maliyyə məsələsi hansı şəkildə həll ediləcək?

Şamil Əliyevin məlumatına görə filmlərin büdcə məsələləri prodüsserlərin üzərinə düşür. Özü isə rejissor olaraq vəsaitin  Mədəniyyət Nazirliyindən alınmasının əleyhinə deyilFilmlərə  Azərbaycandan investisiya qoyan olmasa xarici fondlara müraciət ediləcək.

Daha bir problem  distribyuter məsələsidir ki, bu təcrübə Azərbaycanda, ümumiyyətlə, öyrənilməyib.

- Tutaq ki, çəkdiyimiz filmlər  festivallara getdideyək ki, hətta Oskar aldı, biz onları hansı öləkələrə sata biləcəyik? Bu məsələnin həlli üçün ikitərəfli müqavilələrin bağlanması vacibdir. Məlumdur ki, həmin layihələrin büdcəsini dövlət verir. Üç-dörd nəfərin zövqünə, istəyinə uyğun layihələrin həyata keçirilməsi, təbii ki, onları dünya səviyyəsinə çıxmağa qoymayacaq. Məsələn, Fransada  hər filmin maliyyəsinin 17 faizini dövlət verir, qalanını müxtəlif fondlar həyata keçirir. Azərbaycan Mədəniyyət Nazirliyi bu dəqiqə lobbiçilik etməlidir ki, Milli Məclisdə qərarlar qəbul edilsin ki, onlara əsasən  Avropa ölkələri ikitərəfli müqavilələr bağlansın. İkitərəfli layihələrin işlənməsi bu yaxınlarda ölkə başçısının kino ilə bağlı verdiyi xüsusi sərəncamda da öz əksini tapıb. İndiyə qədər istehsalın olmadığı əsas gətirilərək bu müqavilələri bağlamaq haqqında düşünməyiblər. İkinci bir tərəfdən birgə layihələrin  həyata keçirilməsindən  ötrü maksimum obyektivlik olmalıdır. Biz kinonu dünyanı işğal etmək, Avropanı bizim haqqımızda düşünməyə vadar etmək millətimiz, tariximiz haqqında bilgi vermək üçün çəkirik. Amma bunu bacarırıqmı?

 Mövzunun davamı kimi qeyd edək ki, Ekspert Şurasının  yaradılması üçün hazırlıqlar gedir. Hazırlıqların yönümündən görünür ki, bu qurum olsa-olsa bugünkü Bədii Şuradan bir az fərqli olacaq. Çünki, indidən elan olunub ki, Mədəniyyət Nazirliyinin işçiləri Ekspertlər Şurasında yer alacaqlar. Əslində isə  Ekspert Şurasına Mədəniyyət Nazirliyinin işçiləri, ümumiyyətlə, qoşulmamalıdır. Şuranın  tərkibi  iki ildən bir dəyişilməli, o müddət ərzində üzvlərdən kiminsə layihəsinin gerçəkləşməsinə qadağa qoyulmalıdır.

Son olaraq onu deyək ki, IFASC tərəfindən seçilmiş  dörd ssenarinin ekranlaşdırılması Nərimanfilm prodüsser Mərkəzi tərəfindən həyata keçiriləcək.

Yeni Azərbaycan.-2007.-22 may.-S.8.