Mehdixanlı T.

 

Yarımçıq qalmış arzular

Çətinliklərə baxmayaraq 120 ilə yaxın şərəflə yol gələn, uğurları ilə dünyada tanınan kino sənətimizin cəfakeşləri çox olub. Onlardan biri Gülbəniz Yusif qızı Əzimzadə idi. Bir neçə ay əvvəl o, dünyasını dəyişib. Sevdiyi, qürur hissi duyduğu sənətinə, qədirbilən tamaşaçılara həmişəlik əlvida deyib.
G.Əzimzadə ziyalı ailəsində dünyaya göz açmışdı. Atası Yusif yazıçı, anası Gülnaz xanım fırça ustası idi. O, atasının saatlarla yazmasını, anasının necə iftixarla molbert önündə dayanmasını, rənglərlə dil tapıb danışmasını görmüşdü

Azərbaycan.-2007.-15 may.-S.5.