Mükərrəmoğlu M.


Heydər Əliyev və kinematoqraf

 

Kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin bu adda yeni kitabı çapdan çıxmışdır
Azərbaycan kino sənətinin tədqiqatçılarından olan kinoşünas Aydın Kazımzadə milli kinomuzun tarixi və onun ayrı-ayrı problemləri ilə bağlı bir neçə kitabın müəllifidir.
Onun yenicə çapdan çıxmışHeydər Əliyev kinematoqrafkitabı isə ulu öndərin Azərbaycan kinosunun inkişafında çox mühüm xidmətlərindən bəhs edir.
Kitabda milli kinomuzun hamisi olan ulu öndərin müxtəlif illərdə filmlərimizi senzuranın caynağından xilas etməsi, kino xadimlərimizin sosial vəziyyətinin yaxşılaşması, kinematoqrafın maddi-texniki bazasının möhkəmlənməsindəki xidmətləri öz dolğun həllini tapmışdır. Elə kitabda bunu kinomuzun məşhur xadimləri etiraf edirlər.
Kitab altı fəsildən ibarətdir. “Milli kinomuzun təəssübkeşi hamisi”, Heydər Əliyev kinematoqraf haqqında”, “Heydər Əliyev haqqında fikir düşüncələr”, “Heydər Əliyev şəxsiyyəti milli qürur doğurur”, “Sovet kinematoqrafçılarının mübariz vəzifələri”, “Heydər Əliyev kursu iləadlı fəsllərdə bu böyük şəxsiyyətin Azərbaycan kinosunun inkişafına və tərəqqisinə göstərdiyi qayğı konkret faktlarla əsaslandırılır.
Kitabın elmi redaktoru sənətşünas alim Aydın Dadaşovdur. Aydın, səlist dillə oxuculara təqdim olunan bu kitab Heydər Əliyevin milli kinomuzun inkişafındakı xidmətlərini araşdıran ilk tədqiqat əsəridir.

Xalq qəzeti.-2007.-15 may.-S.5.