“Ömrümün izləri” sənədli filminin istehsalı başa çatıb

 

"Salnamə" studiyasında rejissor Ziya Şıxlinskinin quruluşunda "Ömrümün izləri" sənədli filminin çəkilişləri başa çatıb. Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) həyat və yaradıcılığından bəhs edən yeni ekran əsərinin çəkilişləri Bakıda və Qazaxda aparılıb. Sənədli filmin özəlliyi ondadır ki, İsa Hüseynov haqqında müasirləri olan həmkarları deyil, özü danışacaq. Təqdimatı mayın ortalarında nəzərdə tutulan sənədli lentdə tamaşaçılara sənətkarın ssenari müəllifi olduğu filmlərdən fraqmentlər də təqdim ediləcək.

 

Kino+.- 2007.- 4 may.- S.3.