Samirə
Çoxlarını
“narahat edən” adam
Əjdər İbrahimov
Moskvada anılıb
Mayın 3-də Moskvanın
Kino Evində "Narahat adam" sənədli filminin
təqdimatı baş tutub. Kinorejissor Nizami Abbasın
çəkdiyi bu filmin premyerası bir müddət
öncə bizim Kino Evində keçirilmişdi.
Sovet kinosu tarixində
öz dəst-xəttini qoymuş Əjdər İbrahimovun
şəxsiyyətindon və yaradıcılıq yolundan
bəhs edən "Narahat adam" filminin Moskva nümayişi
Rusiya Kinematoqrafçılar İttifaqı, Rusiya Kinorejissorlar
Gildiyası, Rusiya Mədəniyyət Mərkəzinin
birgə təşkilatçılığı ilə
keçirilib. Bu barədə "Həftə
içi"nə Nizami Abbasın özü məlumat
verdı: Tədbırdə Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlundan savayı, Türkiyə
Cümhuriyyətinin elçisi, Vyetnam Respublikası
səfırliyinin mədəniyyət attaşesi iştirak
edirdilər. Filmin nümayişindən öncə
Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti
Tofiq Məlikov, Əjdər İbrahimovun xanımı Marqarita
Maleyeva, onunla birlikdə çalışmış kinorejissor
İqor Popov, Kinorejissorlar Gildiyasının idarə
heyətinin üzvü Vlad Mansurov və başqa kino
xadimləri iştirak edirdilər. Çıxış
edənlərin hər biri Əjdər müəllimin
şəxsiyyətinin tamlığından, sənətkar
və yaradıcı prmsıplərinə sadiqliyindən
söz açdı.
Əjdər
müəllimin təsir dairəsi elə geniş idi ki, onu bir
neçə xalq, ölkə özününkü hesab
etməkdə haqlıdır. Axı o, əslən
təbrizlidi, Türkmənistanda dosulub, Bakıda boya-başa
çatıb, formalaşıb, yaradıcılığının
böyük bir dövrü isə Moskva mühiti ilə
bağlı olub. Eyni zamanda da Vyetnamda peşəkar, milli
kinonun yaranması da bilavasitə Əjdər İbrahimovun
adı ilə bağlıdır. Ona görə də onun
neçə xalqın mədəniyyətinə
məxsusluğu barədə Moskvadakı tədbirdə
hətta fıkir ayrılığı yarandı".
N.Abbas böyük rejissorla
nə vaxt tanış olması, onu necə xatırlaması
və "Narahat adam" fllminin yaranmasından da danışdı:
"Əjdər müəllimlə ilk
tanışlığım 1983-cü ildə elə həmin
Kino Evində baş
tutmuşdu.
"Azərbaycanfilm"in
nəzdində fəaliyyət göstərən
"Yaddaş" studiyasında çəkdiyim "Narahat
adam" filminin adı elə onun öziinün eyni adlı
ekran əsərindən qaynaqlanır. Həmin film bir rus
kəndinin sakininin təbiətindən bəhs edirdi.
"Azərbaycanlı rus kəndinin həyatından necə
fılm çəkə bilər?" deyənlərin
cavabını Əjdər müəllim həm tutarlı
dəlilləri, həm də meydana qoyduğu fılmi ilə
çox sərrat vermişdi. Bəli, Əjdər İbrahimov
onu anlamayanlar, gözü götürməyənlər
üçün çox narahat adam idi. Çünki
mövqeyini gizlətmirdi, prinsiplərinə dönük
çıxmırdı. Deməli, onu dəyərləndirənlər
üçün ideal səviyyəsində olan
şəxsiyyət və sənətkar idi".
Xatırladaq ki,
Əjdər İbrahimov "Onun böyük
ürəyi", "Ürək
məsələləri", "Qərıbə adam",
“Məhəbbətim mənim, kədərim mənim” və s.
ekran əsərlərinin müəllifıdir.
Həftə içi.- 2007.- 9-10 may.- S. 8.