Eldəniz Zeynalovun 70 illik
yubileyi qeyd olundu
Dünən Muzey Mərkəzində Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan
Professional Kinoaktyorlar Gildiyasının
təşkil etdiyi xalq artisti, görkəmli
gülüş ustası,
kinoaktyor Eldəniz Zeynalovun doğum gününün 70 illiyinə
həsr olunmuş yubiley gecəsi keçirildi. Tədbiri giriş sözü
ilə Dövlət
Film Fondunun sədri Cəmil Quliyev açaraq, tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Sonra söz kinoşünas
Aydın Kazımzadəyə
verildi. Aydın Kazımzadə Eldəniz
Zeynalovun aktyor, eyni zamanda, gözəl
bir insan kimi şəxsi keyfiyyətlərinə nəzər
saldı. O bildirdi
ki, Dağlılar məhəlləsində dünyaya
göz açan Eldəniz Zeynalov elə bir mühitdə
böyüyüb, tərbiyə
almışdır ki,
o, yalnız aktyor ola bilərdi.
Belə ki, o, dayısı məşhur aktyor Həsənağa Salayev, Mirzağa Əliyev, Möhsün Sənani kimi görkəmli sənətkarların əhatəsində
yetkinləşmişdir. Onun istedadlı bir aktyor kimi yetişməsində,
Adil İsgəndərovun
böyük zəhməti
olmuşdur. İlk dəfə
olaraq, "Əhməd
haradadır?" filmində
rəngsaz Əhməd
rolunu yaratmışdır.
Elə bu kiçik epizodik rolun ona həvalə olunmasını, məhz istedadlı aktyor Adil İsgəndərov məsləhət görmüşdü.
İlk dəfə çəkildiyi
filmdə müəlliminin
etimadını doğruldan
aktyor, həmin filmdən sonra sənətdə tanınmağa
başlamışdır. Eldəniz Zeynalovun ilk debütü olan bu rolu
Aydın Kazımzadənin
sözlərinə görə,
özünəməxsus ştrixlərlə
elə canlı və məharətlə oynamışdır ki, sanki bu, aktyorun
özü idi.
Tədbirdə moskvalı qonaq Moskva şəhər Dumasının deputatı,
hüquq elmləri doktoru, professor Sirus Quliyev aktyorla bağlı xatirələrini
danışaraq, bildirdi
ki, Eldəniz Zeynalov çox çətin bir zamanda dünyaya göz açaraq, böyük qayğılar
əhatəsində böyümüşdür.
Lakin bununla bərabər, onun əhatəsində məşhur aktyorların
olması Eldəniz Zeynalovun xoşbəxtliyi idi. Azərbaycan kinosu tarixində
30-dan artıq obraz yaradan Eldəniz Zeynalov kiçik epizodik rolları özünəməxsus böyük
ustalıqla yaratmışdır.
Məşhur Azərbaycan filmlərindən
olan "26-lar", "O qızı
tapın", "Rəqiblər"
novellası, "Qızıl
uçurum", "Mən
mahnı bəstələyirəm",
"Yeddi oğul istərəm", "Həyat
bizi sınayır,
"Yol əhvalatı",
"Babamızın babasının
babası" kimi filmlərə rol almışdır. Böyük Vətən
müharibəsi ərəfəsində
çəkilmiş uğurlu
filmlərimizdən olan
"Bizim Cəbiş
müəllim" filmində
alverçi Qulam kimi komik obrazını
yaratmaqla yanaşı,
onun dramatik rolları da mövcuddur.
1960-70-ci illərdə
Azərbaycan filmlərində
böyük bir dönüş oldu.
Həmin
ərəfədə "Bir
Cənub şəhərində"
filmi çəkilmişdir.
Bu filmdə müəyyən
məhəllə qayda-qanunları,
qan davası, adət-ənənələrimiz filmin süjet xəttini təşkil etdiyindən, bu filmin nümayişinə qadağa qoyulmuşdu.
Lakin o zaman ümummilli lider Heydər Əliyevin böyük təşəbbüsündən sonra filmin ekranlarda
nümayişinə icazə
verildi. Amma bununla belə,
film təkcə Azərbaycanda
deyil, eyni zamanda, SSRİ məkanında
nümayiş olundu.
Tədbirdə bəstəkar Firəngiz
Qasımova Eldəniz Zeynalov kimi sənətkarların
xatırlanmasına yaşlı
nəslin böyük
ehtiyacının olduğunu
bildirdi. Sanki bu gün sənətkarların
keçdiyi həyat yollarını vərəqlədikcə,
yaşlı nəslin
də həyat salnaməsi səhifələnir.
Eldəniz Zeynalovu təkcə
sənət fədaisi
kimi deyil, həm də dəyərli bir insan kimi xarakterizə
etdi. Firəngiz Qasımova onu
da qeyd etdi
ki, o, təkcə kinoaktyor kimi yox, həmçinin, televiziya tamaşalarında
da böyük rolların ifaçısı
olub. Bu gün
gənc nəslin ucuz şöhrət dalınca deyil, yaşlı nəsildən
öyrənməyi tövsiyə
etdi. Çünki
zəhmət bahasına
başa gələn hər hansı bir iş insana
uğur gətirir.
Səs.-2007.-24 may.-S.12.