Evrovisionda iştirak etməməyimiz faciə deyil
Əbülfəs Qarayev: Bu müsabiqə
incəsənətə deyil,
siyasətə xidmət
edir
“Quba rayonunun Tarix-Diyarşünaslıq
Muzeyində xüsusi bir bölmələr ayrılmalı oradakı kütləvi məzarlıqlarda
tapılan qalıqlar bir araya gətirilməlidir. Ermənilər tərəfindən törədilmiş
faciə faktlarının
hamısını bir
yerdə toplamağa ehtiyac yoxdur. Çünki Azərbaycan bir
çox rayonlarında
ermənilər tərəfindən
törədilmiş cinayətlər
sübut oluna bilər”. Bu fikirləri jurnalistlərlə
söhbətində mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazirin sözlərinə görə, tapılmış
məzarlıq Azərbaycanın
ümumi tarixinə
aid olan hadisədir və buna görə
də onun qorunmasına ehtiyac var: “Bu tapıntılar davam etdirilir və fikrimcə, bunları bir məkanda toplamaq lazım deyil. Hər bir rayonun
özünə aid faciələri
əks etdirən xüsusi yerlər olmalıdır”.
Bir sıra tarixi mədəniyyət abidələrimizin
ermənilər tərəfindən
dağıdılması ilə
bağlı məsələyə
gəldikdə isə
nazir deyib ki, ümumiyyətlə Qarabağla bağlı tarixi həqiqətlərin,
tarixi mədəniyyət
abidələrimizin ermənilər
tərəfindən dağıdılması
ilə bağlı məlumatların dünyaya
çatdırılması istiqamətində işlər
aparılır. Mədəniyyət və Turizm
Nazirliyi və digər dövlət orqanlarının xətti
ilə bu mövzuda dörd-beş dildə bukletlər, toplular, nəşrlər hazırlanır və bunlar müxtəlif beynəlxalq səviyyələrdə
təqdim olunacaq.
Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə
hazırlanan “Staraya Şuşa” kitabının
hazırda rus dilindən Azərbaycan dilinə tərcümə
edildiyini deyən nazir Qərbi Azərbaycanın memarlıq
abidələri haqqında
5 dildə kitab nəşr etdirdiklərini
də vurğulayıb.
Dünya ölkələrində
və ermitajlarda Azərbaycana aid tarixi abidələrin Qarabağ
xanlığı adından
təqdim olunmasına
gəldikdə, nazir bu istiqamətdə lazımi danışıqların
aparıldığını qeyd edib: “Ümumi
razılıq belədir
ki, bu adın
göstərilməsi ilə
yanaşı, eyni zamanda çərçivədə
“Müasir Azərbaycan
Respublikasına aid olan
tarix” qeyd olunsun”. Ə. Qarayev mayın 28-də Luvr muzeyinin rəhbərinin
ilk dəfə Azərbaycana
gələcəyini də
bildirib.
Son günlərin
ən çox müzakirə olunan mövzusu azərbaycanlı
müğənnilərin “Evrovision”
musiqi festivalında iştirak etməməsinə
də toxunan Ə.Qarayev deyib ki, bunu çox
da şişirtmək
düzgün deyil. Biz elə yerlərdə iştirak edirik ki, bir çoxları
oraya gedə bilmir. Ona görə də
“Evrovision”da iştirak
etməməyimiz faciə
deyil. Bu yarışmada
iştirak etmək üçün hazırlaşmağın
böyük bir proses olduğunu deyən nazir hesab edir ki,
Azərbaycan bu müsabiqəyə çıxırsa,
o zaman layiqli çıxmalıdır. “Evrovision”da
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə ekspert kimi iştirak
etmiş Rəşad Həşimov və Murad Dadaşovla görüşdüyünü bildirən nazir bu yarışın böyük bir siyasi əhəmiyyətə
malik olduğunu vurğulayıb: “Çox
təəssüflər olsun
ki, bu müsabiqə
incəsənətə deyil,
siyasətə xidmət
edir. Hazırda Rəşad və
Murad yarışmada iştirak üçün
layihələrin hazırlanmasına
dair təklifləri hazırlayıb bizə təqdim edəcəklər.
Bundan sonra biz mütəxəssislərlə
məsləhətləşəcəyik.
Mənə elə gəlir
ki, bu gün
2008-ci ildə yarışmaya
qatılacağımızı demək düzgün olmaz. Bir-iki il gözləmək
lazımdır. Bəlkə də
daha üstün müsabiqədə iştirak
edəcəyik. Avropa məkanında
müxtəlif formalarda
göstərilən incəsənət
adı altında müsabiqələr çoxdur.
Bu gün Azərbaycan
dünyanın bir sıra müsabiqələrində
iştirak edib. Mütləq
deyil ki, biz yalnız “Evrovsion”da iştirak edək, ancaq başqa yerə getməyək”.
Yeni Azərbaycan.-2007.-19 may.-S.12.