Fəxri Xiyabanda Qara Qarayevin xatirəsini anma mərasimi

 

Respublikamızın incəsənət mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri mayın 13-də Fəxri Xiyabana gələrək, görkəmli sənətkar — SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Qara Qarayevin məzarını ziyarət etmişlər.
Unudulmaz sənətkarın vəfatının 25 illiyi ilə bağlı keçirilən anma mərasimində Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov, SSRİ xalq artisti, professor Arif Məlikov, xalq artisti, professor Xəyyam Mirzəzadə Bəstəkarlar İttifaqının katibi, professor Firəngiz Əlizadə görkəmli bəstəkar, pedaqoq ictimai xadim Qara Qarayevin həyat yaradıcılığı haqqında danışmış, böyük ustad barədə ürək sözlərini demiş, xatirələrini yada salmışlar.
Qeyd olunmuşdur ki, musiqi sənətinin demək olar ki, bütün janrlarına müraciət etmiş Qara Qarayevin yaradıcılığı ümumdünya şöhrəti qazanmış, baletləri dünyanın bir çox teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur. Görkəmli sənətkarın 1946-cı ildə P.Çaykovski adına Moskva Konservatoriyasında Dmitri Şostakoviçin bəstəkarlıq sinfini bitirdiyi 1953-cü ildən həyatının sonunadək, 30 il müddətində Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik etdiyi xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, Azərbaycan xalqı yaşadıqca, Qara Qarayevin adı, sənəti yaşayacaqdır.
Mədəniyyət turizm naziri Əbülfəs Qarayev ailələri adından mərasimdə iştirak edənlərə təşəkkürünü bildirmiş gələn il Qara Qarayevin anadan olmasının 90 illik yubileyinin yüksək səviyyədə keçiriləcəyinə əminliyini söyləmişdir.
Qara Qarayevin qəbirüstü abidəsinin önünə əklil qoyulmuş gül-çiçək dəstələri düzülmüşdür.
Sonra tədbirin iştirakçıları xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun məzarını da ziyarət etmiş üzərinə gül dəstələri düzmüşlər.
Ramiz Zöhrabov çıxışında Prezident İlham Əliyevin Səid Rüstəmovun 100 illik yubileyi ilə əlaqədar bu il yanvarın 24-də imzaladığı sərəncamı, bu sənədlə bağlı keçirilən tədbirləri Azərbaycan xalq çalğı alətləri orkestrinin baş dirijoru bədii rəhbəri olmuş görkəmli sənətkarın yaradıcılığına dövlət qayğısı kimi qiymətləndirmişdir.
Qara Qarayevin xatirəsini anma mərasimi Azərbaycan Dövlət İncəsənət Muzeyində davam etdirilmiş, görkəmli bəstəkarın əsərlərindən ibarət konsert olmuşdur.

Xalq qəzeti.-2007.-15 may.-S.2.