Görkəmli bəstəkar Cövdət Hacıyevin 90 illik yubileyi qeyd olunmuşdur

 

Səbail rayonundakı Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbi mayın 25-də Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirmişdir.
Tədbirdə Azərbaycanın xalq artisti, bəstəkar Azər Rzayev, Xəyyam Mirzəzadə, Musa Mirzəyev, incəsənətşünaslıq namizədi Fərəh Tahirova çıxış edərək, bəstəkarın həyat yaradıcılığından söhbət açmış, xalqımız dövlətimiz tərəfindən C.Hacıyevin yaradıcılığına layiqli qiymət verildiyini diqqətə çatdırmışlar.
Natiqlər dahi bəstəkar Üzeyir Hacıbəyovun müəllimi Dmitri Şostakoviçin tələbəsi olmuş Cövdət Hacıyevin sənətinə verdiyi yüksək qiymətdən danışmışlar.
Tədbirdə 3 nömrəli musiqi məktəbinin şagirdləri yubilyarın əsərlərindən ibarət maraqlı proqramla çıxış etmişlər. C.Hacıyevin yaradıcılığından həyatından bəhs edən kino-simfonik filmin premyerası olmuş, bəstəkarın ulu öndərimiz Heydər Əliyevə həsr edilmiş "Onu zaman seçib" adlı 8-ci simfoniyası səsləndirilmişdir.
Tamaşaçılar maraqlı tədbirin təşkili üçün C.Hacıyev adına 3 nömrəli musiqi məktəbinin rəhbərliyinə bəstəkarın ailə üzvlərinə minnətdarlıqlarını bildirmişlər.

 

Azərbaycan.- 2007.- 27 may.-S. 11.