Aynur
ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş rəsm müsabiqəsinə
yekun vuruldu
ötən gün Səttar Bəhlulzadə adına sərgi salonunda "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda rəsm müsabiqəsinin yekunlarına hərs edilən tədbir keçirildi.
Mərasimi açıq elan edən təhsil naziri Misir Mərdanov dedi ki, ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində Azərbaycanın bütün bölgələrində onun əziz xatirəsi yad edilir. O, hətta Türkiyədə üçgünlük işgüzar səfəri vaxtı İstanbul şəhərində milli liderimizə həsr olunmuş bir neçə tədbirin iştirakçısı olduğunu da vurğuladı. Təhsil naziri dedi ki, Prezident İlham Əliyevin imzaladığı "İstedadlı uşaqların inkişaf proqramı" ilə bu gənclərin hamısı öz istedadlarını inkişaf etdirmək imkanı qazanacaqlar. İlk dəfə orta məktəb şagirdləri arasında belə bir rəsm müsabiqəsinin keçirildiyini nəzərə çatdıran nazir bütün müəllimlərə, münsiflər heyətinə minnətdarlığını bildirdi: - Belə
silsilə tədbirlər keçirilməklə, ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin müqəddəs ruhunu yad edirik. Təbii ki, bu cür tədbirlər böyüməkdə olan gənc nəslin yaddaşında milli liderimiz H.Əliyevin əziz xatirəsini əbədiləşdirmək üçün çox vacibdir. Müstəqil dövlət qurmuş, bugünkü stabilliyi bizə bəxş etmiş, gənclərimiz üçün təlim-tərbiyə almaq imkanı yaratmış bu böyük insanın adını və xatirəsini əziz tutmaq hər birimizin borcudur. Nazir Heydər Əliyevlə bağlı onu da qeyd etdi ki, bu böyük insanın müqəddəs ruhu çox şaddır, ona görə qurduğu dövlət dinamik inkişaf edir, hər yerdə quruculuq, abadlıq işləri gedir, yeni-yeni məktəblər, mədəniyyət, incəsənət, səhiyyə müəssisələri tikilir. Bütün bunlar Prezident İlham Əliyevin sayəsində həyata keçirilir.
çalışmalıyıq ki, belə tədbirlər ənənəvi hal alsın-deyən nazir müsabiqə barədə məlumat verərək dedi ki, tədbir 3 - 8-10, 11-14, 15-17 yaş qrupları arasında keçirilir. Respublika mərhələsində keçirilən müsabiqədə 300-dən çox rəsm əsəri nümayiş olunub. Münsiflər heyəti onun 108-ni seçib. Nəhayət, münsiflər heyətinin etdiyi seçim nəticəsində 35 rəsm işi 1-ci, 2-ci və 3-cü yerlər arasında bölüşdürülüb.
çıxış edən ombudsman Elmira Süleymanova da öz çıxışında qeyd etdi ki, Heydər Əliyev fövqəlşəxs olaraq nəinki Azərbaycanda, bütün dünyada şöhrət qazanmış bir şəxsiyyətdir. Onun böyüklüyü isə əhalinin bütün təbəqəsinə qarşı bərabər münasibətindədir. Heydər Əliyevin ən böyuk arzusu Azərbaycanın ərazi bütövlüyü olub. Ombudsman sərgidə iştirak edən şagirdlərə bir daha tövsiyə etdi ki, düşmən tapdağı altında olan bir qarış torpaq belə unudulmamalı və rəsm əsərlərinizdə tərənnüm edilməlidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd etdi ki, 3-cü, 5-ci sinifdə oxuyan şagirdlərin belə rəsm əsərləri yaratması çox böyük istedad tələb edir. Bu, uşaqlarımızın geniş təfəkküründən və dünyagörüşündən irəli gəlir.
Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayevsə nümayiş olunan hər bir rəsm əsərində milli lider Heydər Əliyev fəlsəfəsinin tərənnüm olduğunu dedi. Nazir müavini vurğuladı ki, azərbaycanlı uşaqların böyuk potensiala malik olması heç kimə sirr deyil. Bütün beynəlxalq müsabiqələrdə Azərbaycanlı uşaqların qalib gəlməsi belə deməyə əsas verir.
Daha sonra münsiflər heyətinin sədri Salxad Məmmədov müsabiqə iştirakçılarını təbrik etdi.
Sonda müsabiqədə 1-ci, 2-ci və 3-cü yerləri tutmuş qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olundu. Qaliblərin əksəriyyəti Azərbaycanın müxtəlif regionlarının orta məktəb şagirdləridir.
Onların arasında Suraxanı rayon Uşaq Yaradıcılıq Mərkəzinin yetirməsi Kənan Məmmədov, Tovuz rayonu Bozalqanlı kənd orta məktəbinin 4-cü sinif şagirdi Fuad Vəliyev, Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli məktəbin 11-ci sinif şagirdi Nuranə İsmayılova, Lerik rayonu 3 nömrəli orta məktəbin 7-cı sinif şagirdi Altun Rəcəbli, Beyləqan rayonu I Şahsevən kənd 1 nömrəli orta məktəbin 8-ci sinif şagirdi Ziba Səfərova, Siyəzən şəhəri 2 nömrəli məktəbin 9-cu sinif şagirdi Beytulla Ağadadaşov I yeri tutublar.
Azərbaycan müəllimi.- 2007.- 9 may.- S. 4.