Qaliboğlu E.
Azərbaycan musiqisinin təməlinin
möhkəmliyini daim
qoruyuruq
Ramiz
Zöhrabov: "Qurultay bizim üçün sözün
əsil mənasında musiqi bayramı sayılır"
Azərbaycan Bəstəkarlar İttifaqı ölkənin
tanınmış musiqi
xadimlərini birləşdirən
qurumdur. Xalq artisti Vasif Adıgözəlovun vəfatından
sonra ittifaqa rəhbərliyi müvəqqəti
olaraq öhdəsinə
götürən birinci
katib, professor Ramiz Zöhrabov "Xalq Cəbhəsi" qəzetinə müsahibəsində
bu sahədə mövcud vəziyyət, ümumiyyətlə, Azərbaycan
musiqi dünyasının
problemləri barədə
təəssüratlarını bizimlə bölüşdü.
- Hazırda
Bəstəkarlar İttifaqında
vəziyyət necədir?
- SSRİ dövründə
ictimai qurumlar bütün sahələrdə
fəal iştirak edirdilər. O dövrdə
bu cür qurumlara tələbat çox idi. Yaxşı haldır ki, bu gün
də sözügedən
təşkilatlar fəaliyyətlərini
davam etdirirlər. Bir vaxtlar bu
qurumları bağlamaq
istəyirdilər. Biz
bəstəkarlar fikrimizi
əsaslandırdıq ki,
ittifaq lazımdır.
Musiqi sahəsində ali təhsil almış şəxslərə
xüsusilə müstəqil
yaradıcılıqlarının ilkin dövründə kömək lazımdır.
Sovet dövründə gənc
bəstəkarlar təkmilləşmək
üçün SSRİ-nin
müxtəlif yerlərində
olan yaradıcılıq
evlərinə gedirdilər,
orada əsərlərini
yazırdılar. İttifaq
bu əsərlərin
alınmasına, köçürülməsinə,
ifasına kömək
edirdi. Sovet dövründə tez-tez ayrı-ayrı janrlara həsr olunmuş plenumlar, festivallar, baxışlar keçirirdik. Məhz Azərbaycan bəstəkarlıq
məktəbinə daim
ciddi kömək olduğu üçün
bu sahədə nəzərəçarpacaq irəliləyişlər
olub.
- İndi
ittifaqın əvvəlki
imkanları yoxdur?
- 17 ildir ki,
burada işləyirəm.
İttifaqın ilk sədri Üzeyir Hacıbəyov, sonralar Səid Rüstəmov, Qara Qarayev olublar.
Rauf Hacıyev sədrin əvəzedicisi,
1985-90-cı illərdə
Aqşin Əlizadə
birinci katib, sonra isə Tofiq Quliyev sədr
olub. 2001-ci ildən Vasif Adıgözəlov birinci katib kimi
sədri əvəz edib. Onun vəfatından
sonra birinci katib seçildim, hazırda sədrin vəzifəsini icra edirəm.
İlk gündən təklif etdim ki, qurultay keçirək.
15 il ərzində çoxlu plenumlar, digər tədbirlər olub, amma hələ
ittifaqın qurultayı
olmayıb. Qurultay biz musiqiçilər üçün sözün
əsil mənasında
musiqi bayramı sayılır.
- Qurultay neçə ildən bir keçirilməlidir?
- Hizamnaməyə
görə, 5 ildən
bir olmalıdır. Qarşıda keçirilicək qurultaya ciddi hazırlaşırıq. Bu
məqsədlə komissiyalar
yaratdıq. Bu komissiyalar ayrı-ayrı janrların üzərində
işlədilər. Bizdə qurultay
adətən musiqi ilə olur. Fövqəladə hallarda
bəstəkarların qurultayı
musiqisiz də ola bilər.
Hər bir bəstəkar ötən dövrdəki
fəaliyyətilə əlaqədar
hesabat verməlidir.
Bu sırada həm ifa olunan, həm
də yeni əsərlər ola bilər. Onu da deyim ki,
ittifaqa təqdim olunan əsərləri diqqətlə nəzərdən
keçiririk.
- Hansı komissiyalar yaradılıb?
- Simfonik,
kamera və musiqi komissiyaları yaratdıq. Səslənəcək əsərlər artıq orkestrlərə paylanılıb. Qurultayda simfonik
və xalq çalğı alətləri
orkestrləri iştirak
edəcək.
Ü.Hacıbəyov adına orkestrin iki, həmçinin Hiyazi adına orketrin bir, Q.Qarayev
adına orkestrin və başqalarının
konserti olacaq. Qurultay bitməmişdən öncə
ittifaq üzvlərinin
mahnı gecəsi keçiriləcək.
Həmçinin İttifaqın
bölgələrdəki fəaliyyətilə
də yaxından maraqlanırıq. Haxçıvan
MR-a getdik. Orada səyyar plenum keçdi,
vəziyyət bizi qane etdi. Burada universitetin nəzdində konservatoriya fəaliyyət
göstərir. Təklifimizlə bəstəkarlıq kafedrası
açıldı. Orada
Qara Qarayevin, Xəyyam Mirzəzadənin
tələbələri işləyirlər.
Gəncədə, Şəkidə də belə tədbirlər olacaq.
Hələ ki, Şəkidə
bu işin başlanğıc mərhələsidir.
- Qurultayın dəqiq vaxtı yəqin artıq müəyyən
olunub.
- Qurultay
gələn ayın
11-dən 17-nə kimi keçiriləcək.
Bəstəkarların əsərləri
müxtəlif konsert salonlarında səsləndiriləcək. Axırıncı gün hesabat və seçki olacaq. Hizamnaməyə görə seçki
qapalı şəkildə
keçirilir.
- Avropada Bəstəkarlar
İttifaqı sayaq qurumlar varmı?
- Polşada,
Bolqarıstanda, Çexoslovakiyada
da belə ittifaqlar var, sovet dövründən necə qurulubsa, eləcə də qalıb. Hazırda kemiş SSRİ-nin
bütün respublikalarında
belə ittifaqlar qalıb, bircə Türkmənistanda bağlanıb.
Hər halda ittifaqların heç birinin işi sovet dövründəki kimi getmir.
Hazırda yaradıcı
ittifaqlardan yalnız ikisi - Yazıçılar
və Bəstəkarlar
İttifaqları büdcədən
maliyyələşdirilir. Bu yaxında
ölkə başçısı
yaradıcı qurumlarla
bağlı sərəncam
verdi. Hazırda biz Səadət Sarayında yerləşirik. Bütün tarixi
abidələrin təmir
olunması barədə
sərəncam var. Bu binanı
milyonçu Murtuza Muxtarov tikdirib. Gözləyirik ki, bizə müvafiq bina verilsin. Həmçinin bəstəkarlar üçün yaradıcılıq
evlərinin tikilməsi,
gənc və yaşlı bəstəkarlar
üçün təqaüd
fondunun yaradılması
da nəzərdə tutulub.
Bəstəkarlar üçün yaradıcılıq evlərinin
tikintisi o birilərindən
fərqli prinsiplərə
malikdir. Ona görə ki, burada səs amili mövcuddur; əgər yaradıcılıq
evləri biri-birinə
yaxın olarsa, bu, bəstəkarların işləməsinə mane ola bilər. Ona görə də bəstəkarların hər
biri üçün ayrıca katejin tikilməsi gərəkdir
ki, biri-birinə mane olmasınlar. Musiqişünasların da işləməsi üçün başqa formada tikililərin olması nəzərdə
tutulur. Burada əsas yaradıcılıq
məsələsidir. Yaradıcılıq qabiliyyəti olana
hər cür şərait yaradılacaq
ki, işini davam etdirsin, maddi problemlərini həll etsin. Hazırda ittifaqın xəttilə
20 nəfərə yaxın
bəstəkar prezident
təqaüdü alır.
Bu cür təqaüd
yaradıcı insanlara
musiqidə böyük
xidmətlərinə görə
verilir.
- Siz də o sırada
varsınızmı?
- Varam. Ayda 500 manat bizlər üçün böyük
köməkdir. Artıq cavanlar,
nisbətən yaşlı
bəstəkarlar da bu təqaüdü ala biləcəklr. İttifaqa səlahiyyət
verilib ki, o təqaüdü bəstəkarlar
arasında özümüz
bölüşdürək. Gənclərə, yaşlılara nə
qədər təqaüd
verilməsilə bağlı
normativ də müəyyən edilib.
İlk dəfədir ki, prezident sərəncamıyla
təqaüd bu formada veriləcək.
- Azərbaycan Bəstəkarlar
İttifaqının keçmiş
sovet respublikalarındakı
müvafiq qurumlarla əlaqələri varmı?
- Hazırda
o qurumlarla əvvəllərdə
olan əlaqələrimiz
yoxdur. Sovetlər dövründə ayrı-ayrı şəhərlərdə
plenumlar, festivallar keçirilirdi, bəstəkarlarımız
o tədbirlərdə iştirak
edirdilər. Musiqiçilərimiz belə tədbirlərdə
həmişə uğurla
çıxış ediblər.
Dəfələrlə Azərbaycan professional musiqisi haqqında kənar yerlərdə yüksək səviyyəli
qənaətlər eşitmişəm.
Vaxtilə D.Şostakoviç deyirdi ki, Azərbaycan
Bəstəkarlar İttifaqında
əsər səsləndirmək
çox çətin
işdir, çünki
hər bəstəkar
burada bəyəniləcəyini
güman etmir.
Bu gün
də ümidverici bəstəkarlarımız çoxdur.
- Yeri gəlmişkən, qurultaya kənardan dəvətlər olacaqmı?
- Bəli,
ayrı-ayrı respublikalardan
qonaqlar dəvət olunacaq. Bu əsnada
onların yaradıcılıq
uğurları haqqında
da məlumatımız
olacaq. İndi başqa sahələrdə
olduğu kimi bəstəkarlıq sahəsində
də metodika dəyişir, ona görə də yaxın və uzaq xaricdəki yeniliklərdən daim xəbərdar olmalıyıq.
- Bu gün dünyanın musiqi əhvalı necədir?
- Azərbaycan musiqisinin təməlinin möhkəmliyini daim qoruyuruq. Müasir musiqi tələbilə yazanlar da var. Amma əsasən bəstəkarlığımızda klassik musiqi ruhu qalır. Arif Məlikov
Qara Qarayevdən dərs alıb, indi də eyni
məsuliyyətlə dərs
deyir. Bakı Musiqi Akademiyasında Xəyyam Mirzəzadə, Fərəc Qarayev təəssüf ki, hazırda dərs vermirlər. Bu şəxslər
yüksək səviyyəli
tələbələr yetişdiriblər.
İndi bu sənətkarları gənclər əvəz edirlər. Ümidvarıq ki, gənclər
də bu yolu klassik təməl
üstə, daim məsuliyyətlə davam
etdirəcəklər.
Xalq cəbhəsi.-2007.-16
may.-S.15.