Qasımov A.
Muğam tükənməz
sərvətimizdir
O insan xoşbəxtdir ki, Tanrı ona başqalarından fərqli
bir cəhət bəxş edir. Bu mənada belə
bir kəlam da var ki,
Allah öz nemətlərini
istədiyi şəxsə
əta edər. Odur ki, mənə bəxş olunan bu ömür üçün daim Tanrıma minnətdarlıq
edib xalqımın qarşısında özümü
mənən borclu sayıram. Çünki Allah bu səsi,
bu sənəti mənə verib ki, onu mənsub
olduğum xalqdan əsirgəməyim. Elə xalqımızın
da böyüklüyü
və xoşbəxtliyi
ondadır ki, onun "muğam" adlı tükənməz
bir sərvəti var.
Muğam qədim tarixə malik olan bir
musiqi janrıdır. Bəzən onu
dərin bir okeana bənzədir və deyirlər ki, bu okeanın
dərinliklərinə baş
vurmaq çətindir.
Müəyyən mənada bu
fikirlə razılaşmaq
olar. Neçə illərdir ki,
Allahın bəxşişi
olan bu səslə
onun möcüzəli
səriətini, yəni
ulu muğamlarımızı
ifa edirəm. Bu illər ərzində
ömür kitabıma
maraqlı səhifələr
yazılıb. Haqqımda
çoxlu sayda məqalələr, oçerklər
və s. qələmə
alınıb. Bunlarda mənim
muğam ifaçılığım
və muğama münasibətim öz əksini tapır. Əvvəla,
mən bütün qələm əhlinə öz minnətdarlığımı
bildirirəm. Amma açığını
deyim ki, bəzən məni qane etməyən yazılar da olub. Belə bilirəm ki,
muğam sənətindən
və muğam ifaçısından yazmaq
peşəkarların işidir.
Bir qələm əhli kimi peşəkar olmasam da, sənətkar
kimi muğam haqqında və onun ifaçılığı
ilə bağlı fikirlərimi pərəstişkarlarımla
bölüşmək qərarına
gəldim. Həmişə bu ecazkar sənətin
gücünü, qüdrətini
səsimlə ifadə
etmişəm. İndi görək
sözümlə nə
deyə biləcəyəm.
Deyirlər ki, muğam Şərq xalqlarının
mənəvi sərvətidir. Düzdür, bununla mən də razıyam. Amma Şərqin və Qərbin bütün ölkələrində bu
sənəti təbliğ
edə-edə belə
bir nəticəyə
gəlmişəm ki,
muğamın əsas
vətəni Äzərbaycandır.
Sözsüz ki, tədqiqatçılar
onun nə zaman və harada
yaranması barədə
müxtəlif fikirlər
irəli sürürlər.
Yazırlar ki, muğam
şifahi ənənəyə
əsaslanan professional musiqidir.
Yaxın
və Orta Şərq xalqlarının
incəsənətində də
bu janr mövcuddur.
Ladlara, melodik modellərə əsaslanmış
muğam digər Şərq xalqlarında makam, makom, dəsvah,
roqo, nuba
və s. kimi adlanır. Əlbəttə, bu barədə
daha yaxşısını
tədqiqatçılar bilir
və deyir. Mən isə öz ifaçılıq təcrübəmdən
belə qənaətə
gəlirəm ki, muğam ruhun sənətidir. Onu cism yox, ruh ifadə
edir. Elə muğamı kamil
bir sənət səviyyəsinə yüksəldən
də məhz bu amildir. Nə qədər güclü səsin olur-olsun, əgər ruhun yoxdursa muğamı oxumağa dəyməz.
Çünki onu layiqincə
aşılaya bilməyəcəksən.
Əsrlərin ilahi səsi-sədası olan muğamat neçə-neçə sənətkarın
səsində, nəfəsində
pərvəriş tapıb. Amma onların
hamısı nə ustadlıq qazanıb, nə də tarixin yaddaşında qalıb. Ancaq o adlar yaşayır
ki, öz səsiylə yerə-göyə
meydan oxusun, qəlbləri riqqətə
gətirib insanların
düşüncələrini, arzularını ifadə etsin. Tarix o simaları yaşadır
ki, onların sənəti yalnız öz dövrləri üçün deyil, özlərindən sonrakı
nəsillər üçün
bir örnəkdir.
Əsl sənət məktəbidir.
Bax, sənətin əbədiliyi
də elə bundadır. Odur ki, Məşədi Məmməd Fərzəliyev,
Keçəçi oğlu
Məhəmməd, Hacı
Hüsü, Məşədi
İsi, İslam Abdullayev, Cabbar Qaryağdıoğlu, Seyid
Şuşinski, Xan Şuşinski kimi sənətkarlarımız ölməzdir.
Çünki onlar əsl
ustad olublar. Bu sənət onların
ruhuna hopub və ruhundan da insanlara əta
olunub. Belə sənətkarlarımız bu gün də
var. Yəqin ki, onları da tarix unutmayacaq.
Özümə gəlincə isə mənim səsimi, sənətimi bəyənən
xalq, sözsüz ki, qiymətimi də özü verəcək. Mənim isə bunları
deməkdə əsas
məqsədim muğamlarımızın
müqəddəs bir
sənət növü
olduğu üçün
onları daim qorumağa borclu olduğumuzu bir daha bəyan etməkdir. Çünki bizim dünyada
böyük bir xalq kimi tanınmağımızın
əsas səbəblərindən
biri də məhz muğamdır.
Hansı
xarici ölkədə
olrnuşamsa, orada muğama böyük hörmət və məhəbbət görmüşəm.
Fransa, Almaniya, Amerika, Türkiyə ən çox yadımda qalan ölkələrdir. Çünki bu ölkələrdə dəfələrlə olmuşam.
Və hər dəfə də muğamın həssaslıqla dinlədildiyini
görmüşəm. Bu məni çox
sevindirib və həvəsləndirib. Sanki
ruhum bədənimdən
çıxıb uçub
göylərin ənginliklərinə.
O zaman nə oxumuşamsa, bu mənə haqdan gəlib. Düşündüyüm isə yalnız
bu olub - Xalqımızın milli muğam sənətini layiqli şəkildə təbliğ edərək
Azərbaycanımızın adını ucaltmaq.
Hər bir insanın Vətən qarşısında
mənəvi borcu var.
Mən də bu borcu sənətimin
gücü ilə verməyə çalışıram. Bu yolda qarşıma çox çətinliklər
çıxıb. Amma sənətin
yolları keşməkeşli
olduğundan onlara sinə gərə bilmişəm. Odur ki, həmişə tələbələrimə
də, ümumiyyətlə,
gənclərə tutduqları
peşə-sənət yollarında
mübariz olmağı
arzulayıram. Bu yerdə ölməz Seyid Əzimin - "Bir şəmi ki, həqdən yana heç bad ilə sönməz" misrası düşür
yadıma. Doğrudan da
muğam sənətini
yaşatmaq üçün
gərək sənətkar
özünü şam
kimi əridə, ömrünü bu yolda əsirgəməyə.
Bax onda həm sənət
yaşayacaq, həm də yaxşı sənətkar yetişəcək.
Bu gün bu məqsədə nail olmaq
üçün çox
gözəl şərait
var. Bildiyiniz kimi,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva muğam sənətinin əbədiyaşarlığı
yolunda mühüm xidmətlər
göstərir. Dövlətimiz bu ulu sənəti
qoruyur və onun ifaçılarından
öz diqqətini, qayğısını əsirgəmir.
Bütün bunlar əsrlərin
sınağından çıxaraq,
cilalana-cilalana bu günümüzə gəlib
çatmış muğam
sənətinin bizdən
sonrakı nəsillərə
də layiqincə çatdırılması üçün
vacib amillərdir.
Biz sənətkarların da başlıca vəzifəsi bu yolda daim axtarışda
olmaq, bu sənətə peşəkar
yanaşaraq yeni sənətkar nəsli yetişdirmək, öz ifalarımızla xalqın
mənəvi dünyasını
zənginləşdirməkdir. Axı muğam xalqın aynasıdır. Gərək ona
heç bir ləkə dəyməyə
ki, xalq daim özünü bu aynada aydın
görə bilə.
Bir də ki muğam
bizim düşüncə
mənbəyimizdir. Odur
ki, xalq şairi Bəxtiyar Vahabzadə:
Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram,
Mənə hər mətləbi ahəstəcə qandırdı
muğam.
- deyir. Belə
bilirəm ki, xalqın da, dövlətin də mənə az-çox hörməti və məhəbbəti var. Elə
bunun üçün
də muğam oxuyan və oxumaq istəyən gənclərimizə demək
istəyirəm ki, bu sənəti yalnız əzbərləyib
oxumaq üçün
səhnəyə çıxmayın.
Əvvəlcə sevin
və dinləyin. Sonra duyun. Duyduqlarınızı
düşüncənizdən keçirib qəlbinizdə
yaşadın və yaşantılarınızı səsinizdən keçirib
xalqın ixtiyarına
verin.
Respublika.- 2007.- 13 may.- S. 6.