Məmmədhəsən
Nəğmə dolu ömür
yolu
Dilqəm Musaoğlunun 60
yaşı tamam olur
Dilqəm Musaoğlu
Məharrəmov Qərbi Azərbaycanın Spitak rayonunun
Qursalı kəndində dünyaya göz açmışdır.
Onun bu günlərdə 60 yaşı
tamam olur. Dilqəm müəllimi
1966-cı ildan tanıyıram. O, gözəl səsi ilə rayonumuzda minlərlə pərəstişkar qazanmışdı.
Dağlar qoynunda təbiətin bu gözəl guşəsində o, gənclik illərini keçirmişdir. 1971-ci ildə tale
onu A.Zeynallı adına Bakı
Musiqi Texnikumuna gətirib çıxarmışdır.
1975-ci ildə o, bu
məktəbi əla
qiymətlərlə bitirmişdir.
1979-cu ildə M.Əliyev
adına ADİİ-yə
daxil olmuş və 1984-cü ildə o, mədəni-maarif fakültəsini bitirmişdir.
Təyinatla Naxçıvan
şəhərindəki Ü.Hacıbəyov adına Musiqi Texnikumuna vokal və muğam
müəllimi təyin olunmuşdur. O, həm
də bu illərdə musiqi müsabiqələrində
çıxış etmiş,
respublika festivalının
qalibi olmuşdur. Eyni zamanda xüsusi
icazə ilə Naxçıvan Dövlət Mahnı va
Rəqs Ansamblında
işləmiş va
qastrollarda tamaşaçılar
qarşısında çıxış
etmişdir, müxtəlif
vaxtlarda Məhsul bayramlarında və dövlət konsertlərində fəal iştirak etmişdir. Onun hər çıxışı
alqışlarla qarşılanmışdır.
Yaratdığı "Arzu"
ansanblı ilə müxtəlif tədbirlərdə
çıxış etmişdir.
1984-cü ildə o, paytaxta qayıtmış,
Azərbaycan "Azkonsert"
birliyində solist işləmiş, xalq artisti Həbib Bayramovun rəhbərliyi ilə Ə.Bakıxanov adına ansamblın tərkibində çıxış etmiş,
məşhur sənətkarlardan
xalq artistləri Şövkət Ələkbərova,
Tükəzban İsmayılova,
İlhamə Quliyeva, Nisə Qasımova və başqaları ilə qastrolda olmuşdur. O, bu illərdə yaradıcılıqla
da ciddi məşğul olmuşdur.
1994-cü ildə bəstəkarlar arasında keçirilən mahnı müsabiqəsində "Azərbaycana" mahnısı ilə (söz və musiqi özünə məxsusdur) ikinci yerə layiq görülmüşdür. Onun musiqi fondunda bir çox mahnıları vardır. Bunlardan "Azərbaycana", "Gecələr" qəzəl romansı (söz. M.Füzuli), "Könlüm" qəzəl romansı (söz Ə.Vahid), "Sevgi valsı" (söz və mus. D.Musaoğlu), "Azadlıq uğrunda" (söz və mus. D.Musaoğlu), "Qəhrəman Milli Ordumuz", "İgidlər marşı" (söz və mus. D.Musaoğlu) və s. göstərmək olar. Azərbaycan Mədəniyyət Nazirliyi tərəfındən "Azərbaycan torpağı" (söz M.Şükür), "Şanlı gənclik" (söz H.Razi) və "Vətənimin əziz adı" (söz A.Babayev) əsərləri qəbul olunmuş və pul mükafatı almışdır. Onun haqqında 1993-cü ildə xalq artisti Tofiq Quliyev yazır: "D.Musaoğlunun mahnılarının səslənməsini məsləhət edirəm". (Azərbaycan Mədəniyyət Nazirliyinə) Onun mətbuatda bir çox şeirləri də çap olunmuşdur. Bunlardan "Xocalı", "Vətənə borcluyuq", "Gözəl Naxçıvan", "Azadlıq uğrunda", "Qalibiyyət nəğməsi", "Uvertura" (Ü.Hacıbəyov-120), "Vasifin nəğmələri", "Vüqarısan ana yurdun" (ulu öndərimiz Heydər Əliyevə həsr olunmuşdur) və s. göstərmək olar. 1997-ci ildə D.Musaoğlu 50 illiyi ilə əlaqədar olaraq Azərbaycan Mədəniyyət Nazirliyinin təşəkkür məktubunu almışdır. O, həmçinin bir çox hərbi hissələrin və Azərbaycan Müdafıə Nazirliyinin də təşəkkürünə layiq görülmüşdür. Onun mahnıları işlədiyi Nəsimi rayonu 35 nömrəli orta məktəbdə və başqa məktəblərdə tədbirlərda şagirdlər tərəfindən sevilə-sevilə oxunur. Bu əsərlərin gənc nəslin estetik, mənəvi və vətənpərvərlik duyğularının inkişafında böyük əhəmiyyətə malikdir. Onun "Azarbaycan torpağı" xor əsəri Nssimi rayonu xor müsabiqasində birinci yeri tutmuşdur. Son zang mahnısı isə tədbirlərin bazəyidir. D.Musaoğlu ulu öndərimiz Heydər Əliyevə altı mahnı həsr etmişdir. Bunlardan "Heydər Baba " (söz L.Sadıqova), "Bu günümüz, sabahımız" (söz S.Həsənova), "Ürəklərdə qaldın" (söz O.Məmmədli) və s. göstərmək olar. D.Musaoğlunun "Yeni Azərbaycan Partiyası" (söz və musiqi D.Musaoğlu, ulu öndərimiz Heydər Əliyevə həsr olunmuşdur) və "Azərbaycan sənindir" (söz va musiqi D.Musaoğlu, əsəri sevimli prezidentimiz İ.Əliyevə həsr edilmişdir). Bu mahnılar Azərbaycan Prezident Aparatının ictimai-siyasi şöbəsində bəyənilmiş və lentə yazılmaq üçün Azarbaycan Televiziya Şirkətinə verilmişdir. Bunlardan "Yeni Azərbaycan Partiyası" mahnısı fonda yazılmış və radioda səslənmişdir. Bu mahnılar haqqında Azərbaycan Bəstəkarlar İttifaqının katibi professor R.Zöhrabov müsbət rəy bildirmişdir. Onun "Odlar yurdum" xor əsəri xalq artisti Cavanşir Quliyev tərəfindən imzalanmışdır. /Müəllif Hüquqları Komitəsi/ O, Bakı şəhər Baş Təhsil İdarəsinin fəxri fərmanına layiq görülmüşdür. Biz D.Musaoğlu haqqında xalq artisti sənətşünaslıq doktoru, professor ft.Zöhrabovdan, dos. Namiq Nəbiyevdən, Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin baş müəllimi Ceyhun Allahverdiyevdən Azərbaycan Opera və Balet Teatrının dirijoru Fəxrəddin Atayevdən və xalq artisti, prezident mükafatçısı Elxan Əhədzadədən müsahiba almışıq.
Ramiz Zöhrabov: - D.Musaoğlunun yazdığı mahnılar professional səviyyədədir. Onun əsərlərinin çoxuna mən qol çəkmişəm. Onun vətənpərvərlik mövzusunda yazdığı mahnılar xüsusilə seçilir. O bizimlə həmişə yaradıcılıq əlaqələri saxlayır. Əlbəttə, yaradıcılıqla məşğul olmaq üçün musiqi savadı labüddür. Biz bayağı mahnıların həmişə əleyhinə olmuşuq. Layiqli mahnılara isə həmişə yol açıqdır. Dilqam müəllimin "Yeni Azərbaycan Partiyası" və "Azərbaycan səninlədir" mahnıları da çox gözəl mahnılardır. Biz Dilqəm Musaoğluna yaradıcılığında uğurlar arzulayır və onun 60 illik yubileyini təbrik edirik.
Fəxrəddin Atayev: - D.Musaoğlunun yaradıcılığı məni həmişə maraqlandırmışdır. Mən onun "Yeni Azərbaycan Partiyası" mahnısını orkestr üçün yazmışam, çox maraqlı və orijinal mahnıdır. Mən dostum Dilqəm müəllimin 60 illik yubileyini təbrik edirəm, ona cansağlığı, uğurlar diləyirəm.
Namiq Nəbiyev:
- Dilqəm müəllim yazdığı notları mənə göstərir, məsləhətlər alır. Onun əsərlərini özfəaliyyət adlandırmaq olmaz. O, həmişə öz üzərində çalışır, bilmədiklərini öyrənməyə çalışır. Biz ona uğurlar arzulayırıq.
Ceyhun Allahverdiyev:
- Mən Dilqəm müəllimlə hələ Naxçıvanda olarkən tanış olmuşam. Onun dövlət konsertlərində hər çıxışı alqışlarla qarşılanırdı. O, yazdığı mahnıları həmişə mənə göstərir, məsləhətlər alır. O maraqlı mövzularda əsərlər yazmışdır. Biz onun mahnılarının tezliklə çap olunmasını arzu edirik və qarşıdan gələn 60 illiyində onun fəxri ada layiq görülməsini arzu edirik.
Elxan Əhədzadə:
- Dilqəm Musaoğlu mənim yaxın dostumdur. Mən onun "Qəhrəman Milli Ordumuz" mahnısını oxuyub lentə köçürmüşəm. Hazırda isə onun "Yeni Azərbaycan Partiyası" mahnısını oxuyub lentə yazmışam. Mən Dilqəm Musaoğlunun bütün mahnılarına vurğunam. Ümidvaram ki, onun yaradıcılığı dövlətimiz tərəfındən layiqincə qiymətləndiriləcəkdir. Mən ona cansağlığı və uğurlar arzu edirəm.
Azad Azərbaycan.- 2007.- 20 may.- S. 6.