Mirməmmədli H.,

Mirməmmədli N.

 

Dövlət başçısına minnətdarlıq edirlər

 

Etimadı doğruldacağıq

 
Ulu öndər Heydər Əliyev sənətə, sənətkara həmişə yüksək qiymət verib.
Mədəniyyət incəsənət xadimləri daim ümummilli liderimizdən qayğı görüblər, bu unudulmaz insanın sayəsində tanınıb-seviliblər, arzularına çatıblar.
Möhtərəm Prezident İlham Əliyev bu ənənəni uğurla davam etdirir. Dövlətimizin başçısı vədinə sadiqdir, doğrudan da hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Ölkəmizin inkişafı çiçə\klənməsi, dünya sivil dövlətləri sırasında yer tutması yolunda cənab İlham Əliyevin bütün səyləri təqdirəlayiqdir, bu məqsədlə həyata keçirdiyi tədbirlər xalqımıza başucalığı gətirir.
Biz sənət adamlarının vəzifəsi zəmanəmizdə baş verən hadisələrin nəbzini tutmaqla vətənə, xalqa sədaqət, məhəbbət sevgi kimi ali hissləri tərənnüm etməkdir. Özümüzə borc bildiyimiz bu xidməti dövlət başçısının hədsiz qiymətləndirməsi hamımıza dəstək, köməkdir, yaradıcılığımıza yeni stimul verir. Çox hörmətli Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" son sərəncamı isə bizim sevinc-fərəhimizi daha da artırıb. İkimizin əməkdar incəsənət xadimi fəxri adına layiq görülməyimiz ailəmizdə böyük minnətdarlıqla qarşılanıb. Bu etimadı doğrultmaq üçün bundan belə ölkəmizə, mədəniyyətimizə sədaqətlə xidmət etməyə, xalqımızın ruhunu xoş mahnılarla oxşamağa çalışacağıq.

Azərbaycan.-2007.-19 may.-S.2.