Muğam ruhumuzun hakimidir

 

"Avazı xoş ulu muğam" layihəsi bunu bir daha sübut edir


O bir layla, qəlb çırpıntısından qopan hekayətdir ki, hamılıqla ovsunundan qopa, qurtula bilmirik. Onun kimi bizi-bizdən alıb bizə qaytara biləcək başqa bir qeyri-adi qüvvə, güc yoxdur. Onun bir adı var - Muğam. Harada, hansı ölkədə səslənməsindən, oxunmasından asılı olmayaraq muğam tariximizi, kimliyimizi təkcə yaşatmır, həm hər bir əcnəbiyə tanıdır, sevdirir, sübut edir.
AzərTAc xəbər verir ki, mayın 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət Turizm Nazirliyi Milli Konservatoriyanın birgə təşkilatçılığı ilə ümummilli lider, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş "Avazı xoş ulu muğam" layihəsi çərçivəsində Niyazinin "Rast" simfonik muğamı səslənmişdir.
Mədəniyyət turizm naziri Əbülfəs Qarayev Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi bildirmişlər ki, ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə əlaqədar reallaşan bu layihə bir neçə ay davam edəcəkdir. Uzun illər Azərbaycana başçılıq etmiş Heydər Əliyevin mədəniyyət incəsənətimizin inkişafı ilə bağlı xidmətlərini xatırladan natiqlər ümummilli liderin ənənələrinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini söyləmişlər.
Diqqətə çatdırılmışdır ki, muğam sənətinin inkişaf təbliğ etdirilməsi üçün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox mühüm layihələr həyata keçirilir.
İfa
çıları Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Yalçın Adıgözəlov) müşayiət etmişdir. Solistləri xalq artisti Mənsum İbrahimov, Təyyar Bayramov, Bəyimxanım Mirzəyeva, Elçin Həşimov Elnur Əhmədov olan konsertdə ötən əsrin tanınmış muğam ifaçıları Zülfü Adıgözəlovun, Yaqub Məmmədovun Şahmalı Hacıyevin arxiv səs yazılarından istifadə olunmuşdur.
Simfonik muğam dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodiyası, xüsusilə harmonik dilinin əlvanlığı ilə iştirakçıların zövqünü oxşamışdır. Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə konsertdə olmuşdur.

 

Azərbaycan.-2007.-11 may.-S.4.