Musiqi
məktəbləri arasında Respublika müsabiqəsi
qaliblərinin konserti
Mayın 17-də
Bakı şəhər H.Sarabski adına 7 nömrəli musiqi
məktəbində Mədəniyyət və Turizm Nazirliyinin
təşkilatçılığı ilə uşaq musiqi
və incəsənət məktəbləri şagirdlərinin
simli, nəfəs və zərb alətləri üzrə
Respublika müsabiqəsi qaliblərinin konserti olmuşdur.
Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev qalibləri təbrik
etmiş və bildirmişdir ki, belə müsabiqə
ölkəmizdə ilk dəfə keçirilir. Bu tədbir
həm də onunla əlamətdardır ki, müsabiqə
həm xalq, həm simfonik musiqimizin inkişafına xidmət
edəcəkdir.
Müsabiqə
respublikanın 60 şəhər və rayonunu əhatə
etmişdir. Şagirdlərdən 70 nəfəri simli, 120 nəfəri
isə nəfəsli və zərb alətləri üzrə
yarışmışlar.
Ə.Qarayev uşaqların
müsabiqəyə hazırlanmasında yaxından iştirak
etdiklərinə görə musiqi məktəbləri
müəllimlərinə təşəkkür etmişdir.
Axırda müsabiqə
qaliblərinə pul mükafatları və diplomlar təqdim
olunmuşdur.
Respublika.- 2007.- 18 may.- S.8.