Salmanov R.

 

Respublika Gününə həsr olunmuş konsert

 

Bu günlərdə R.Behbudov adına Dövlət Mahnı Teatrında Bakının ən qədim mədəniyyət ocaqlarından sayılan İ.Əbilov adına Mədəniyyət Mərkəzi bədii özfəaliyyət kollektivlərinin Respublika Gününə həsr olunmuş böyük bayram konserti keçirildi. Həmin konsertdə Mədəniyyət Mərkəzinin bütün bədii özfəaliyyət kollektivlərinə öz istedad bacarıqlarını nümayiş etdirmək şansı verildi.
Tədbirə dəvətli qonaqların çoxu gənc istedadldarın valideynləri olsa da, bu tədbirə respublikanın tanınmış incəsənət xadimləri ilə yanaşı mərkəzin veteran musiqiçilərini dəvət etmək yaddan çıxarılmamışdı. Qonaqlar arasında uzun illər bu sənət məbədinə rəhbərlik etmiş Alfred Quliyev, Nəsimi Eminov, məşhur rəqqasə, respublikanın əməkdar artisti Aliyə Ramazanova, Ə.Ələkbərov adına xalq teatrının təməlini qoymuş tanınmış rejissor Adil Qasımov, klubun yetirməsi, bu gün isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru Ziyadxan Cəbrayılov, S.Vurğun fondunun prezidenti, şairin qızı Aybəniz Vəkilova, Yasamal rayon YAP təşkilatının sədri, professor Fikrət İsmayılov, Yasamal Rayon İcra Hakimiyyəti elm, təhsil, səhiyyə şöbəsinin müdiri Rafiq Həmidov, Bakı Şəhər Mədəniyyət İdarəsinin məsul işçiləri digər rəsmi şəxslər var idi.
Bayram konsertini giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin bədii rəhbəri, əməkdar mədəniyyət işçisi Mirəhməd Əsgərov ilk öncə tədbir iştirakçılarını Respublika Günü münasibətilə təbrik edib, Mədəniyyət Mərkəzinin keçdiyi çoxşaxəli zəngin yaradıcılıq yolundan söz açdı:
Bu gün siz bu səhnədə ilk qədəmlərini atan fidan balalarımızla yanaşı, respublikanın tanınmış, populyar bədii özfəaliyyət xalq kollektivlərin çıxışlarıyla tanış olacaqsınızdeyə Mirəhməd Əsgərov kollektivləri təbrik etmək üçün ilk sözü Yasamal rayon YAP təşkilatının sədri, professor Fikrət İsmayılova verdi. İ.Əbilov adına klubla 20 ildən artıq tanışlığını vurğulayan Fikrət İsmayılov bu gün adı dillər əzbəri olan bir çox populyar müğənni ifaçıların, aktyor rəqqasların ilk sənət addımlarını bu klubda atdıqlarını qeyd etməklə gənc istedadlara yeni yaradıcılıq uğurları arzuladı. Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi Rafiq Həmidov isə rayonun mədəni həyatında, gənc nəslin təlim-tərbiyəsində, eləcə incəsənətimizin təbliğində İ.Əbilov adına Mədəniyyət Mərkəzinin böyük rolu olduğunu vurğuladı kollektivə Yasamal Rayon İcra Hakimiyyətinin fəxri fərmanını təqdim etdi.
Mədəniyyət Mərkəzinin direktoru Fərid Əliyev isə ilin yekununa görə bədii özfəaliyyət kollektivlərinin baxış-müsabiqəsində seçilmiş kollektivlərə fəxri fərman diplomlarla təqdim etdi. Tədbir Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivlərinin maraqlı musiqi nömrələrilə sona çatdı.

Xalq qəzeti
.-2007.-30 may.-S.7.